Azərbaycandakı işgüzar mühiti qiymətləndirən hesabat dərc edilmişdir

Azərbaycan
Azərbaycandakı işgüzar mühiti qiymətləndirən hesabat dərc edilmişdir

Aİ-nin 2017-ci il üzrə İşgüzar Mühit Haqqında Hesabatı 2017-ci il iyunun 8-də baş tutan sonuncu Aİ-Azərbaycan Biznes Forumunda dərc edilmişdir. Sorğunun məqsədi Azərbaycanda biznes üçün cari şəraiti qiymətləndirmək, islahatlardan əldə olunan əsas nailiyyətləri və mövcud problemləri vurğulamaqdan ibarətdir.

Təkmilləşmələr həyata keçirilib, amma iqtisadiyyat hələ də zəifdir

Son bir ildə Aİ-nin biznesin qavranılması baxımından iqtisadi vəziyyətdə nəzərəçarpan təkmilləşmələrin əldə olunmasına baxmayaraq, əksəriyyət ölkə iqtisadiyyatının hələ də zəif olduğunu hesab edir. Sorğu nəticəsində əldə olunan məlumatlar göstərir ki, kövrək iqtisadiyyat və dövlət investiyilarının aşağı səviyyədə olmasına dair narahatlıqlar cari ildə Azərbaycanda fəaliyyət göstərən bir çox Aİ şirkətlərinə təzyiq göstərməkdə davam edir. Bu ləng iqtisadi proqnoz, iqtisadiyyatın diversifikasiyası məqsədilə daha hərtərəfli iqtisadi siyasətə və onun icra olunmasına ehtiyac olduğunu göstərir.

Bu il gömrük sistemində və mühacirət siyasətində əldə olunan təkmilləşmələr (xüsusilə elektron viza nəzərdə tutulur) müsbət qarşılanmışdır. Aİ biznes müəssisələrinin çoxunun yerli məhkəmə sistemi ilə bağlı inamsızlıq ifadə etməsi və onların biznes əməliyyatlarında vergi sisteminin əsas narahatedici məqam olduğunu xəbər verməsi, bu sahələrdə struktur islahatların prioritet olaraq qaldığını qaldığını göstərir. Bundan başqa, müzakirələr göstərir ki, təkmilləşdirilmiş akademik təhsil və peşə təhsili vasitəsi ilə insan resursları bazasını gücləndirmək üçün əlavə tədbirlər ümumilikdə özəl sektor və xüsusilə kiçik və orta ölçülü şirkətlər üçün imkanları təşviq edə bilərdi.

Uzunmüddətli proqnozlar daha pozitivdir

2018-ci il üçün nəzərdə tutulmuş Azərbaycan iqtisadiyyatının mötədil canlanması planına uyğun olaraq, Avropa şirkətlərinin gəlirlərinin artması baxımından uzunmüddətli proqnozu müsbətdir. Beləliklə, həqiqətən həyata keçirilərsə, hökumətin Strateji Yol Xəritələrinin iqtisadi qeyri-müəyyənliyi və maliyyə sektorundakı vacib mənfi təsirləri azaldacağı və Azərbaycandakı işgüzar mühiti stimullaşdıracağı gözlənilir.

Aİ-nin 2017-ci il üzrə İşgüzar Mühit Haqqında Hesabatının Strateji Yol Xəritələrinin icrasına başlandıqdan qısa müddət sonra aparıldığını qeyd etmək çox vacibdir və nəticədə bu uzunmüddətli hökumətə aid gündəliyin real nəticəsi, Azərbaycandakı işgüzar və investisiya mühitinin illik qiymətləndirilməsi ilə müəyyən edilə bilər.

İkinci biznes sorğu Aİ-nin köməyilə, Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən aparılmışdır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm