Azərbaycanda logistika və ticarətin inkişafı üzrə Strateji Yol Xəritəsi

Azərbaycan
Azərbaycanda logistika və ticarətin inkişafı üzrə Strateji Yol Xəritəsi

Azərbaycan iqtisadiyyatın inkişafı üçün qısa, orta və uzunmüddətli siyasət istiqamətləri təyin edərək, o cümlədən bir sıra strateji prioritetlər və həmin məqsədlərə çatmaq üçün fəaliyyətlər müəyyənləşdirərək ticarət və logistikanın inkişafı üzrə strateji yol xəritəsi nəşr etmişdir.

Azərbaycanın 2020-ci ilə kimi logistika və ticarətə dair baxışına, yükdaşımaların cəlb edilməsi ilə yanaşı, regional tranzit yükdaşımalarında əlavə dəyərin yaradılması daxildir.

Tənzimləyici amillər hesabına regionda bu sahə üzrə daha cəlbedici olmaq və vacib mərkəzə çevrilmək üçün Azərbaycan 2025-ci ilə qədər logistika və ticarət infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirmək niyyətindədir.

2025-ci ildən etibarən Azərbaycanın uzunmüddətli məqsədi digər ölkələrlə güclü əlaqələrə malik səmərəli fəaliyyət göstərən logistik mərkəzlər vasitəsilə regional logistika mərkəzi olmaqdır.

Növbəti hədəflərə çatmaq üçün ölkədə bir sıra logistika mərkəzləri yaratmaqla, Azərbaycan regionun tranzit ticarətində payını artırmaq niyyətindədir:

  • Mərkəzi Asiya Qara dəniz marşrutunun 40%-i
  • Mərkəzi Asiya və Avropa marşrutunun 25%-i
  • Çin və Avropa marşrutunun 3%-i
  • Rusiya və İran marşrutunun 40%-i
  • İran və Qara dəniz marşrutunun 25%-i.

EU4Business təşəbbüsü Azərbaycana əsasən KOM-lara dəstək verməklə və ticarəti təşviq etməklə neft sektoru xaricində iqtisadiyyatını diversifikasiya etməyə yardım göstərir. Biznes üçün daha əlverişli siyasət yaratmaq və uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə vermək üçün EU4business dövlət, assosiasiyalar və KOM-larla birgə işləyir.

 

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafı üzrə Strateji Yol Xəritəsi

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm