Aİ ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Aİ ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi

İyunun 8-də Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunda 500-dən artıq biznes və hökumət nümayəndəsi iştirak etmişdir.

Adı çəkilən forum, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Alman-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.

Forumun məqsədi Aİ və Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında şəbəkə və əlaqələrin gücləndirilməsi və Azərbaycan hökumətinin nümayəndələri ilə cari biznes mühitinin təhlil olunması idi.

Aİ-nın Azərbaycanda ən böyük investoru

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səfir Malena Mard bildirib: "Azərbaycanın ümumi xarici ticarətinin 50%-ə yaxın hissəsi Aİ-nin payına düşür və Aİ həm neft, həm də qeyri-neft sahələri üzrə Azərbaycanda ən böyük investordur.

"Aİ-Azərbaycan Biznes Forumu, Aİ ilə Azərbaycan arasında ticarət və investisiya imkanlarının daha da genişləndirilməsi və artırılması yollarını müzakirə etmək üçün mükəmməl platforma rolunu oynadı."

Forumda ölkə iqtisadiyyatının diversifikasiyası və bu yolla qeyri-stabil neft və qaz qiymətlərinin təsirini azaltmaq məqsədilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar dəyərləndirilmişdir.

İqtisadi islahatların inkişafı

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları vəİqtisadi İslahatların Təhlili Mərkəzinin məruzəçiləri tərəfindən panel sessiyalarda qaldırılan məsələlərə daxil idi:

  • İqtisadi islahatların inkişafı
  • İqtisadi inkişafla əlaqəli ekoloji problemlər
  • Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi
  • Yaşıl Dəhlizin və elektron gömrük xidmətinin inkişafı
  • İnfrastruktura qoyulan yatırımların davam etdirilməsi və
  • Kənd təsərrüfatı məhsulları və ərzaq ixracında artım.

İştirakçılar həmçinin 2017-ci ildə Azərbaycanda fəaliyyət göstərən 100 Aİ şirkəti arasında aparılan 2-ci Aİ Biznes Mühiti Hesabatını müzakirə edib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm