Tekstil Sektoruna Tədris Ziyarəti

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Tekstil Sektoruna Tədris Ziyarəti

Siz KOS kimi tekstil sektorunda fəaliyyət göstərir və Şərq Tərəfdaşlığı ölkələrindən birində yaşayırsınızsa, beynəlxalq ekspertlərin təcrübəsindən öyrənmək, eyni sahədə çalışan sahibkarlarla əlaqə yaratmaq və biznesinizin üfüqlərini genişləndirmək imkanını əldən verməyin. 

Tekstil Sektoruna Tədris Ziyarəti haqqında 

Bu təşəbbüs çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrindən olan KOS-ların nümayəndələri biznes imkanlarını təkmilləşdirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün təşkil edilmiş beş günlük təcrübədən faydalanmaq məqsədilə Avropa İttifaqına səyahət edəcək.  

Tekstil Sektoruna Tədris Ziyarəti beynəlxalq ticarət sərgisi çərçivəsində təşkil edilir. Bu intensiv təcrübənin iştirakçıları sərgidə eksponent kimi iştirak edəcək, Aİ-nin KOS-ları ilə B2B iclaslarına qoşulacaq və bənzər yerli biznesləri ziyarət edəcək. Təşəbbüsün ən yaxşı hissəsi bilirsiniz nədir? Bütün bunların təmin edilməsinə görə ödəniş etmirsiniz. Əslində, iştirak tam ödənişsizdir. 

Bu təşəbbüsdə iştirak etməyin üstünlükləri hansılardır?  

  1. Şərq Tərəfdaşlığı ölkələrinin KOS-larının Biznes İmkanları və Dəyərli Əlaqələrinin Genişləndirilməsi: İştirakçılar biznes imkanları qazanmaq və daha böyük bazara çıxmaq imkanına malik olacaq. KOS-lar bu təşəbbüsdə iştirak etməklə dəyərli əlaqələr qura, konkret əməkdaşlıq imkanlarını araşdıra və Avropa İttifaqında bizneslərinin üfüqlərini genişləndirə biləcək. 
  2. Potensial Müştərilərdən Birbaşa Rəy KOS-lar sərgidə iştirak edən potensial müştərilərdən işləri və məhsulları ilə bağlı birbaşa rəy alacaq. Birbaşa qarşılıqlı əlaqələr biznesin təklifini təkmilləşdirməsi və bazarın tələblərini daha effektiv şəkildə yerinə yetirməsinə imkan verən dəyərli fikirlər təmin edir. 
  3. Yeni bilik və bacarıqların əldə edilməsi: Sənaye mütəxəssisləri, potensial müştərilərlə ünsiyyət, beynəlxalq standartların öyrənilməsi KOS-lara yeni bilik və bacarıqlar qazandırır. Bu, onların daima təkmilləşən və böyüyən biznes mühitində rəqabət qabiliyyəti və innovativliyi saxlamasına imkan verməklə təcrübəsini artırır. 

Tədbirin təfərrüatları: 

  • İştirakçılar: Şərq Tərəfdaşlığı regionunda Tekstil sektorunda fəaliyyət göstərən KOS-ların 30 nümayəndəsi. 
  • Harada: MOMAD Dəb Sərgisi. Madrid, İspaniya. 
  • Nə vaxt: 12-16 sentyabr 2024-cü il
  • Müraciət üçün son tarix: 16 iyun 2024-cü il

Bu imkanı əldən verməyin. İndi müraciət edin və tekstil biznesinizi yeni zirvələrə qaldırın! 

Bu tədbirdə iştirak etmək istəyirsinizsə, aşağıdakı müraciət formasını doldurun:

İNDİ MÜRACİƏT EDİN

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm