Ötən ilki səfərlərin uğurlu keçməsinin ardından Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üzrə (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) Biznesə Dəstək Təşkilatlarının (BDT) nümayəndələri üçün Aİ-yə təlim səfərlərinin müddəti uzadılmışdır.
ŞT ölkələrindən BDT nümayəndələri 2016-cı ilin avqust ayından etibarən Aİ tərəfdaş ölkələrində təlimlərdə iştirak ediblər. Bu müddət ərzində Aİ ekspertləri ŞT ölkələrinə səfərlər edərək orada kurslar keçmişlər.
İndi isə səfərlərə müraciət və onları tamamlamaq üçün qoyulan son tarixlər uzadılmışdır. ŞT ölkələrindən BDT nümayəndələri mübadilə proqramına 15 iyun 2017-ci il tarixinədək müraciət edə bilər, səfərlər isə 15 iyul 2017-ci il tarixinədək edilə bilər.
Ehtiyaclara uyğun təlim proqramları
BDT Mübadilələri Şərqə İnvestisiya 2 layihəsi çərçivəsində həyata keçirilir. Səfərlər çərçivəsində ticarət palataları, işəgötürənlər federasiyaları, KOS assosiasiyaları, sahibkarlıq və peşə assosiasiyaları və investisiyanın təşviqi, ticarətin asanlaşdırılması və ya KOS şəbəkəsi sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələrinə ehtiyaca uyğun olaraq fərdi hazırlanmış təlim proqramları təmin edilir.
Təlimlər zamanı üzvlük və xidmətlər, maliyyələşdirmə və mühasibatlıq praktikalarından regional inkişaf, strategiya və şəbəkələşməyə kimi mühüm sahələrə yer verilir.
Proqram iki hissədən ibarətdir:
- Altı ŞT ölkəsindən BDT nümayəndələri Aİ ölkələrindəki BDT-da təlim keçəcək; və
- Aİ ekspertləri ŞT ölkələrindəki BDT-larına səfərlər edərək təlimlər keçəcək.
Mübadilələr 2016-cı ilin avqustunda başladığına görə yeddi ŞT nümayəndəsi Aİ-dəki tərəfdaşlarına səfərlər etmiş, Aİ ekspertləri isə ŞT ölkələrində üç təlim missiyası həyata keçirmişdir.
Necə müraciət etməli
Ətraflı məlumat və müraciət forması üçün bu bölməyə baxın:
- Müraciət üçün dəvət
- Geniş Aİ təcrübəsi (Hissə 1 və 2)
- Müraciət Forması - Hissə 1
- Müraciət Forması - Hissə 2