You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

COVID-19 virusunun yayılmağa başladığı 2020-ci ilin əvvəlindən bu günə qədər Avropa İttifaqı, Aİ-yə üzv ölkələr və “Team Europe” kimi Avropa maliyyə qurumları, vədlərini yerinə yetirərək pandemiya və onun nəticələrinə qarşı mübarizədə tərəfdaş ölkələri dəstəkləmək üçün 34 milyard avro ayırıblar. 

Bu vəsaitlər “Team Europe”-ın 2020-ci ilin yazında qəbul etdiyi dəstək paketində qeyd olunan 20 milyard avrodan qat-qat çoxdur. Bu rəqəm artıq 46 milyard avroya qədər artıb. 2021-ci ilin aprel ayına qədər Şərq Tərəfdaşlığı ölkələrinin daxil olduğu Qonşuluq regionu ayrılan 13,8 milyard avronun 10,3 milyard avro hissəsini qəbul etmişdir.

“Team Europe, biliklərimizi və resurslarımızı bir araya gətirərək, daha çox təsir göstərərək daha çox hədəflənmiş dəstək vermək üçün gücümüzdən istifadə edərək bu pandemiya ilə mübarizə aparıb. Biz həmçinin Aİ proqramlarını inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün uyğunlaşdırmışıq. Team Europe, dünyadakı tərəfdaşlarımıza dəstək olmaq üçün yalnız bir il ərzində belə əhəmiyyətli bir xidmət paketini səfərbər etməsindən qürur duya bilər”. Bunu Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissar Jutta Urpilainen deyib.

Team Europe artıq 130-dan çox ölkədə dəstəyini səfərbər etmişdir. 2021-ci ilin aprel ayına qədər ümumilikdə 46 milyard avro maliyyə vəsaitinin 34 milyard avro hissəsi xərclənib: 1,8 milyard avro təcili humanitar yardım, 6,3 milyard avro səhiyyə, su və kanalizasiya sistemlərinin gücləndirilməsi və 25,8 milyard avro, işini itirən və təhsil ilə bağlı problemlər daxil olmaqla pandemiyanın sosial və iqtisadi təsirini azaltmaq üçün sərf olunub.

Aİ, aşağı və orta gəlirli ölkələrə diqqət yetirərək, dünyada peyvəndlərin ədalətli paylanmasını dəstəkləyən yeganə qlobal təşəbbüs olan COVAX Proqramının təsis olunmasında aparıcı rol oynayıb. 2021-ci ilin iyun ayına olan məlumata əsasən, “Team Europe”-ın COVAX Proqramına verdiyi töhfə 3 milyard avrodan çoxdur.

Ən son Xəbərlər
az
05.09.2022
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2022-ni dərc etmişdir.
az
15.03.2022
Avropa İttifaqının başlatdığı “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsü o prinsipə əsaslanır ki, yerli hakimiyyət orqanları özəl sektor, dövlət təşkilatları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə yerli biznes mühitinin yaxşılaşdırılmasına kömək edə və aparıcı qüvvənin özəl sektorun təşkil etdiyi iqtisadi artım və iş yerlərinin yaradılması üçün şərait yarada bilər.
az
02.03.2022
Bakı, 2 mart 2022-ci il – Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) yerli siyasətlərin hazırlanması prosesində iştirakını artırmaq məqsədilə onların potensialının gücləndirilməsi fəaliyyətlərinə davam edir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm