Azərbaycanın KOM-lar üzrə yol xəritəsinin monitorinqinə dair seminar keçirilib

Azərbaycan
Azərbaycanın KOM-lar üzrə yol xəritəsinin monitorinqinə dair seminar keçirilib

2018-ci il fevralın 15-də İƏİT Azərbaycanın paytaxtı Bakıda Azərbaycanın KOM-lar üzrə yol xəritəsinin monitorinqinə dair seminar keçirib. Tədbir EU4Business təşəbbüsünün "Siyasətdən Fəaliyyətə" adlı layihəsi çərçivəsində baş tutub.

Seminarda əsas məqsəd KOM-lar üzrə yol xəritəsinin həyata keçirilməsi, o cümlədən müəyyən edilmiş hədəflərin və mühüm fəaliyyət göstəricilərinin (MFG-lər) monitorinqini müzakirə etmək və təkmilləşdirmək olub. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti bölməsinin rəhbəri Elçin İbrahimov KOM-lar üzrə uğurlu siyasətə dair mövzunun aktuallığını nəzərə çatdırıb.

Seminar iştirakçıları və İƏİT-nin mütəxəssisləri həmçinin məlumatların toplanması və prosesə cəlb olunan maraqlı tərəflər arasında koordinasiya daxil olmaqla, cari monitorinq sisteminin hansı formada təşkil olunmasını müzakirə edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Vüsalə Cəfərova nəticələrə və icraçı orqanlar tərəfindən İqtisadiyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilən məlumatların növünə əsaslanan monitorinq sistemi ilə bağlı layihə təklifi ilə çıxış edib.

Tədbirdə həmçinin vəzifə bölgüsü və İqtisadiyyat Nazirliyi və digər dövlət orqanları arasında səmərəli koordinasiyanın təmin edilməsi ilə bağlı tövsiyyələr səsləndirilmişdir. İlk sessiya biznes inkubatorlarının yaradılmasının monitorinqi kimi KOM-lar üzrə yol xəritəsinin praktiki nümunələrinin müzakirəsi ilə yekunlaşıb.

İkinci sessiyada diqqət əsasən yol xəritəsində göstərilən hədəflər və mühüm fəaliyyət göstəricilərinə (MFG-lər) yönəlmişdir. Məna kəsb edən MFG-lərin təyin olunması ilə bağlı İƏİT qabaqcıl təcrübəsini paylaşaraq KOM-ların beynəlmilləşməsi və maliyyə vəsaitlərindən istifadə imkanı kimi sahələrdə cari MFG-lərin təkmilləşdirilməsinə dair məlumatlar vermişdir.

Tədbirdə İqtisadiyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, o cümlədən Aİ-nin Azərbaycan Nümayəndəliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri daxil olmaqla, Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin monitorinqinə cəlb olunan maraqlı tərəflər iştirak edib.

EU4Business təşəbbüsünün "Siyasətdən Fəaliyyətə" adlı layihəsi İƏİT tərəfindən bütün Şərq Tərəfdaşlıq regionu ölkələrində həyata keçirilir. Bu layihə həm ölkə, həm də regional səviyyədə fəaliyyət göstərərək rəqabətlilik və biznes mühiti islahatlarına dəstək verir. İƏİT ölkə səviyyəsində özəl sektorun inkişafına, sübuta əsaslanan siyasətin formalaşdırılmasına və daha geniş biznes mühiti üzrə islahatlara dəstək vermək üçün strategiya və proqramların layihələndirilməsi, monitorinqi və keyfiyyətinin artırılmasına xüsusi dəstək təmin edir. Regional səviyyədə isə İƏİT müstəqil ekspertiza və regional siyasət üzrə dialoq vasitəsilə islahatların həyata keçirilməsinə təkan verir. İƏİT həmçinin siyasət üzrə islahatların icrasındakı irəliləyişi izləyir, fəaliyyəti standartlar ilə müqayisəli şəkildə qiymətləndirir və KOM-ların inkişafı üzrə gələcək prioritetləri müəyyənləşdirir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm