Layihənin təsviri
KOB-ların Maliyyələşdirilməsi Mexanizminin II Fazasında əsas diqqət xüsusilə mikro, kiçik və orta bizneslərə (MKOB) yerli valyuta ilə kredit verilməsinin təşviq edilməsinə göstərilir. Bu bizneslər xarici valyuta ilə qazanc əldə etmir və kredit xərclərinin yüksək olmasından əziyyət çəkir.
Layihənin məqsədləri
KOB-lara Birbaşa Dəstək mexanizmlərinin II Fazasının məqsədi KOB-ların maliyyə resurslarına çıxışını artırmaqdan ibarətdir. O, maliyyə vasitəçilərinin KOB-lara əminliklə kredit verməsi, onların risklərin qiymətləndirilməsi və idarə edilməsi qabiliyyətinin artırılması, habelə yerli valyuta ilə kredit verilməsi bazarlarının gücləndirilməsi ilə real iqtisadiyyatda mövcud olan maliyyələşmə imkanlarının artırılmasına istiqamətlənir.