Layihənin təsviri
Layihənin əsas məqsədi COVID-19 pandemiyasından sonra iqtisadiyyatın diversifikasiyası və canlandırılması cəhdlərində hökumətə yardım etmək, eyni zamanda iqtisadi baxımdan güclü rayonlarda balanslı və inklüziv artımı təşviq etməkdən ibarətdir. Bu, Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyəti və əlavə dəyərinin artırılması yolu ilə təmin ediləcək.
Layihənin məqsədləri
Layihə iqlim dəyişikliyi ilə bağlı mülahizələrin təbii resursların idarəedilməsinə inteqrasiyası yolu ilə ərazi inkişafının planlaşdırılması sisteminin təkmilləşdirilməsinə istiqamətlənib. Bundan başqa, layihə çərçivəsində iqtisadi rayonda regional ixtisaslaşmanın təmin edilməsi, sahibkarlıq və sərmayə qoyuluşları ilə bağlı şərtlərin yaxşılaşdırılması, meyvə və tərəvəz altsektorlarında yerli iqtisadi və icma əməkdaşlığı mərkəzlərinin müasir şəbəkəsinin yaradılması cəhdləri edilir.