Layihənin təsviri
EU4Business – AYİB Kredit Xətti KOB-ların Avropa İttifaqında və daxili bazarlarda rəqabət qabiliyyəti və imkanlarının artırılmasına istiqamətlənmiş müxtəlif layihələri dəstəkləmək üçün kredit və qrantlar təmin edir.
Layihənin məqsədləri
Aİ və AYİB-nin müştərək təşəbbüsü kreditlər/lizinq maliyyələşdirməsi, texniki dəstək və keşbek stimulları təklif etməklə KOB-ların yenilikləri maliyyələşdirməsinə yardım edir. Əsas məqsəd Aİ-nin iri bazarlarında və regional bazarlarda bazara çıxışını asanlaşdırmaq və ixrac potensialını artırmaqla KOB-ların Aİ-nin Direktivlərinə uyğun vəziyyətə gətirilməsi, məhsul/xidmət keyfiyyətinin qaldırılması, ekoloji məsuliyyətin artırılmasından ibarətdir.