Layihənin məqsədləri
Layihə maliyyə resurslarına çıxışın kredit şərtlərinin yaxşılaşdırılması yolu ilə təkmilləşdirilməsi, KOB-lara ilkin itkilərin qarşılanması üçün portfel zəmanətlərinin verilməsi ilə Şərq Tərəfdaşlığı ölkələrində KOB sektorunu dəstəkləmək üçün Alətin ümumi məqsədlərinə çatmağa töhfə verir.
Lahihənin əsas məqsədləri aşağıdakılardır:
- Covid-19 pandemiyasının sosial-iqtisadi fəsadlarının aradan qaldırılması üçün dəstək göstərmək;
- Girovla bağlı tələblərin azaldılması, maliyyələşdirmə xərclərinin azalması və yerli valyutalarda maliyyələşməyə çıxışın dəstəklənməsi ilə KOB-ların maliyyə resurslarına çıxışını artırmaq;
- Biznesin maliyyə ehtiyaclarına reaksiya vermək;
Yerli vasitəçi bankların üzərlərinə daha çox risk götürməsi və xüsusilə Covid-19 pandemiyası ərzində və daha sonra iqtisadiyyatın zərər görmüş seqmentlərini əhatə etməsinə şərait yaratmaq üçün KOB-lara ilkin itkilərin qarşılanması üçün portfel zəmanətlərinin verilməsi ilə maliyyə resurslarına çıxışı təkmilləşdirmək.
Layihə yerli banklar və digər maliyyə vasitəçilərinə KOB portfel zəmanətləri verməklə, onların sövdələşmə şərtlərini yaxşılaşdırması üçün şərait yaratmaqla Zəmanət Mexanizminin təmin edilməsi yolu ilə seçilmiş ölkələrdə KOB-ların maliyyə resurslarına çıxışını asanlaşdırmağa istiqamətlənib.