You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı
ŞT ölkələrindəki KOM-ların iş yerlərinin yaradılması və iqtisadi artımı sürətləndirmək baxımından yaxşı potensialı var. Lakin onlar, öz potensiallarını tam üzə çıxarmalarına maneə yaradan çətinliklərlə üzləşirlər. Səciyyəvi çətinliklərə daxildir: maliyyə mənbələrinə məhdud çıxış, yeni bazarlara çıxış məhdudiyyətləri, yeni, ziddiyyətli və çətin qanunvericilikdə daimi dəyişikliklər, bizneslərini genişləndirmək üçün müvafiq bacarıqların olmaması və yüksək vergi dərəcələri, korrupsiya və siyası sabitsizliyi əhatə edən çətin fəaliyyət mühiti.
 
Məhz bu səbəbdən, 2009-cu ildə Aİ tərəfindən maliyyələşən bütün regional proqramların qoruyucu bazası olan KOM Flaqman Təşəbbüsü həyata keçirilməyə başlayır. 2016-cı ildə KOM Flaqman Təşəbbüsü EU4Business adı altında həyata keçirilməyə başlayır və hazırda bu təşəbbüsə birbaşa KOM-lar və Biznesə Dəstək Təşkilatlarına (BDT-lər) yönəlmiş ikitərəfli yardım layihələri daxildir.
 
Bu sənəd DG NEAR-ə dəstək vermək üçün yaradılmış EU4Business Katibliyi tərəfindən nəşr edilən EU4Business təşəbbüsünün ilk ümumi hesabatıdır. Hesabatda:
  • EU4Business təşəbbüsünün həyata keçirilməyə başladığı dövrə nəzər salınır və illər ərzində onun inkişafı nəzərdən keçirilir.
  • hər bir ölkədə əldə edilmiş irəliləyiş nəzərə alınmaqla, EU4Business təşəbbüsünün ŞT regionunda KOM-lara dair milli siyasətin prinsipləri ilə uyğunluğu təhlil edilir.
  • 2009-2016-cı illərdə həyata keçirilmiş EU4Business proqramları və layihələri nəzərdən keçirilir və əldə edilmiş nailiyyətlər təhlil edilir.
  • EU4Business üçün qəti göstəriş olmasa da, "düşünmək üçün qida" olan gələcək perspektivlər təsvir edilir.
 
EU4Business Təşəbbüsünün ilk Ümumi Hesabatının təhlili ŞT ölkələrində KOM-ların dəstəklənməsi ilə bağlı Aİ-nin strateji sənədlərinə əsaslanır. Sənəddə əksəriyyəti EU4Business təşəbbüsünün 2017-ci il üzrə altı ədəd ölkə hesabatından olmaqla, beynəlxalq və milli mənbələrdən əldə edilən məlumatlar əks olunmuşdur.
 
Əldə edilmiş nailiyyətlərin təhlili 200-dən çox proqram və layihə sənədlərinin, xüsusilə də tərəfdaş təşkilatlar tərəfindən təqdim edilmiş gedişat hesabatlarının icmalına əsaslanır.
 
EU4Business Təşəbbüsünün ilk Ümumi Hesabatına canlı sənəd kimi baxmaq olar: EU4Business təşəbbüsünün icra tempi artdıqca monitorinq və koordinasiya edilməli nailiyyətlər onların tezliyini artırır.
Ən son Hesabatlar
24.01.2024
Azərbaycanda KOB-lara Dəstək üzrə EU4Business 2023-ci ili əhatə edən ölkə hesabatını oxuyun.
15.12.2023
Şərq Tərəfdaşlığında KOB Dəstəyi üzrə EU4Business İllik Hesabatını oxuyun.
01.12.2023
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2023-ni dərc etmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm