You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

EU4Business təşəbbüsünün 2016-2017-ci illər ərzində dinamikasını və nailiyyətlərini təhlil edən, habelə təşəbbüsün başladıldığı 2009-cu ildən etibarən bütün ümumi göstəricələri əks etdirən birinci illik hesabat. Hesabatda həmçinin EU4Business tərəfdaşları ilə hərtərəfli məsləhətlər əsasında formalaşdırılmış gələcək fəaliyyət planı təsvir edilir.

EU4Business 20 tərəfdaş vasitəsilə həyata keçirilmiş və ümumi həcmi €2 milyard avroya bərabər kreditlərin verilməsi ilə nəticələnmiş €348 milyon avro dəyərində Aİ öhdəliyi ilə 43 layihə portfelini əhatə edir. Hesabat 150-dən çox sənədin, başlıca olaraq, layihə və proqramların hesabat və kontraktlarının təhlilinə, habelə milli, Aİ və ya beynəlxalq səviyyədə təşəbbüsün 200-dən çox müxtəlif iştirakçısı ilə müşavirələrə əsaslanır. Hesabatın hazırlanması zamanı EU4Business Katibliyi anket sorğusu vasitəsilə və ya fərdi araşdıırma qaydasında 200-dən çox kiçik və orta sahibkardan müsahibə almışdır.

Hesabatda təşəbbüsün bütün sahələri üzrə benefisiarların müxtəlif müvəffəqiyyət hekayələri işıqlandırılmaqla, EU4Business tərəfindən təşəbbüsün dörd məqsədinə necə nail olunması və maliyyə, bacarıq, məşğulluq və siyasət islahatının əsas göstəricilərinin Şərq Tərəfdaşlığı üçün Aİ-nin qarşıya qoyduğu 2020 hədəflərinə necə cavab verməsi gözdən keçirilir.

Orada həmçinin EU4Business təşəbbüsünün gələcək fəaliyyət planı nəzərdən keçirilir və 2018-ci ilin yazında tərəfdaş ölkələrin hər birində keçirilmiş dəyirmi masalar zamanı əldə olunmuş nəticələrə diqqət yetirilir.

Ən son Hesabatlar
24.01.2024
Azərbaycanda KOB-lara Dəstək üzrə EU4Business 2023-ci ili əhatə edən ölkə hesabatını oxuyun.
15.12.2023
Şərq Tərəfdaşlığında KOB Dəstəyi üzrə EU4Business İllik Hesabatını oxuyun.
01.12.2023
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2023-ni dərc etmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm