2019-cu il üzrə İllik Hesabat ötən bir ilə baxış ilə yanaşı, EU4Business təşəbbüsünün əsas xüsusiyyətləri və on il ərzində təşəbbüsün fəaliyyət göstəricilərinin geniş təqdimatından ibarətdir.
2019-cu il üzrə hesabat 400-dən artıq proqram və layihə sənədlərinin təhlilinə, hər bir Şərqi Tərəfdaş ölkəsində KOM nümayəndələrindən ibarət hədəf qrupları, eləcə də Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın paytaxt şəhərlərində təşkil olunmuş altı dəyirmi masaya əsaslanır. İllik Hesabat 230-dan artıq KOM sahibinin, icraçı tərəfdaşların, milli hökumət orqanlarının, biznesə dəstək təşkilatlarının və digərlərinin rəyini əks etdirir.
Hesabatda təşəbbüsün bütün sahələri üzrə benefisiarların bir sıra müvəffəqiyyət hekayələri işıqlandırılmaqla yanaşı, EU4Business-in təşəbbüsün dörd prioritet sahəsini necə tamamladığı və maliyyə, bacarıqlar, məşğulluq və siyasət islahatındakı əsas göstəricilərin Şərqi Tərəfdaş ölkələr üzrə Aİ-nin 2020-ci ilə qədər praktiki nəticələrinin tələblərinə nə dərəcədə cavab verdiyi nəzərdən keçirilir.
Nəhayət, KOM-lardan ibarət bir sıra hədəf qruplarının gəldiyi nəticələrə və 2019-cu ilin yazında altı Şərqi Tərəfdaş ölkəsinin hər birində maraqlı tərəflərin iştirakı ilə keçirilən dəyirmi masalara əsaslanaraq hesabatda EU4Business təşəbbüsünün gələcək inkişaf yolları və onun sahibkarların ehtiyaclarına uyğunlaşdırılması məsələsinə baxılır.