You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Azərbaycanda KOB-lar iş yerlərinin yaradılmasında mühüm rol oynayır, lakin onların potensialı tam istifadə edilmir. 2020-ci ildə Azərbaycanda KOB-lar ümumi iş yerlərinin 42%-ni yaratmaqlarına rəğmən, yaradılan əlavə dəyərin (qeyri-neft sektorunda 24%) sadəcə 17%-nə töhfə verib. Onların iqtisadi inkişafa ümumi töhfəsi İƏİT ölkələrindən ciddi şəkildə aşağıdır. Xatırladaq ki, İƏİT ölkələrində əlavə dəyərin 53%-i və iş yerlərinin 65%-i KOB-ların payına düşür.

Azərbaycan 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təsis edilməsi ilə KOB-ların inkişafının stimullaşdırılması məqsədilə böyük səy göstərib. KOBİA-nın təsis edilməsi KOB-lara ünvanlı yardımın sistemli şəkildə göstərilməsi istiqamətində böyük addım olub. Agentlik xidmətlərini Bakıda və 21 KOB İnkişaf Mərkəzi vasitəsilə ölkə ərazisində göstərir. Bu mərkəzlər KOB-lara idarəetmə, marketinq və hüquqi məsələlər kimi fərqli mövzularda təlim və mentorluq xidmətləri təklif edir. 

COVID-19 pandemiyası KOB-lara dəstəyin artırılması, bu zaman rəqəmsallaşdırılmanın təşviq edilməsinə xüsusi diqqət yetirilməsi zərurətini daha vacib etdi. Bir çox KOB-lar karantin tədbirlərinə cavab olaraq ilk dəfə rəqəmsal həllərə əl atdı və şirkətin performansını artıra və məhsuldarlığının artımına töhfə verə biləcək rəqəmsal alətlərin üstünlüklərinin şahidi oldu. Azərbaycanda KOB-ların orta hesabla 66%-i onlayn biznes fəaliyyətinə başlayıb və ya onlayn fəaliyyəti artırıb və 37%-i əməkdaşların onlayn işləməsinə başlayıb və ya belə əməkdaşların sayını artırıb. 

"KOB-ların rəqəmsallaşdırılması Azərbaycanın strateji prioritetlərindən biridir. EU4Business Təşəbbüsü və İƏİT-in dəstəyi bizim siyasi islahatlar prosesindən uğurla keçməyimizə və KOB-lar üçün rəqəmsallaşdırılmaya dəstək xidmətlərinin göstərilməsini artırmağımıza kömək edəcək" deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Katibliyinin rəhbəri Elmar İsayev bildirib. Doğrudan da, artıq KOB-lar üçün məlumat dəstəyinin göstərilməsi, təlim və məsləhət xidmətlərinin təmin edilməsi, qrantlar və aşağı faiz dərəcəli kreditlər vasitəsilə maliyyə dəstəyinin verilməsinə istiqamətlənmiş proqramlar kimi bir çox təşəbbüslər reallaşdırılmaqdadır. 

Bununla belə, rəqəmsallaşdırılmaya dəstək xidmətlərinin fərqli təchizatçıları arasında əməkdaşlığın məhdudluğu və maliyyə və qeyri-maliyyə dəstəyinin müxtəlif aspektlərini əhatə edən rəqəmsallaşdırılmaya komplekt dəstək proqramının olmaması rəqəmsal həllərin tətbiqini yavaşladır. Mövcud proqramların əlaqələrin təmin edilməsi və rəqəmsal iqtisadiyyat üçün əlverişli şəraitin yaradılması cəhdləri ilə möhkəmləndirilməsi prioritet məsələ olmalıdır. Bu məqsədlə həyata keçirilən müvafiq siyasi təşəbbüslərə rəqəmsallaşdırılma üçün koordinasiya orqanı/operativ qrupun təsis edilməsi, tənzimləyici maneələrin azaldılması, habelə maliyyə inklüzivliyini artırmaq, elektron ticarət üçün logistika tədbirlərini gücləndirmək və rəqəmsal bacarıqların inkişafını dəstəkləmək üçün proqramların həyata keçirilməsi daxil ola bilər.

İƏİT bu məqsədlə İqtisadiyyat Nazirliyi, KOBİA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək Azərbaycanda beş geniş sahəni əhatə edən bir sıra siyasi tədbirlər müəyyən etmişdir: (i) sahibkarlar arasında rəqəmsal maariflənmənin artırılması; (ii) KOB-ların rəqəmsallaşdırılma ehtiyaclarının daha yaxşı başa düşülməsi; (iii) maliyyə və qeyri-maliyyə dəstəyi xidmətlərinin göstərilməsinin gücləndirilməsi; (iv) göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsi; və (v) özəl sektorun dəstəyi ilə rəqəmsallaşdırılmaya kömək edən eko-sistemin yaradılması.

Mövzu ilə əlaqədar təhlil və tövsiyələr “Azərbaycanda Müəssisələrin Rəqəmsallaşdırılmasının Təşviqi” (İƏİT, 2022) hesabatında dərc olunub.

Ən son Uğur hekayələri
az
30.09.2022
Aİ-nin dəstəyi ilə həyata keçirilən layihə Quba-Xaçmaz kənd təsərrüfatı iqtisadi rayonunda Azərbaycandan olan KOB-lara kök salmağa kömək edir. Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonu kənd təsərrüfatının güc mərkəzi olmaq potensialına malikdir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda kənd təsərrüfatı xüsusilə tərəvəz və meyvə istehsalına yönəlib.
az
09.09.2022
Təhsil hər kəs tərəfindən, hər yerdə tələb olunur. Azərbaycanın Tovuz şəhərindən olan sahibkar Vüsalə Əhmədovanın təcrübəsinə görə, hətta kənd yerlərində təhsil müəssisələri açmaq imkanları mövcüddur.
az
26.07.2022
Azərbaycanın şərabçılığın uzun tarixi olduğunu söyləmək azdır: Arxeoloji sübutlar göstərir ki, şərab müasir dövləti təşkil edən torpaqlarda təxminən 3000 ildir istehsal olunur və hələ eramızdan əvvəl 7-ci əsrdə qədim yunan coğrafiyaçısı və tarixçisi Herodot qeyd etmişdir ki, bu ərazi şərabları ilə məşhur idi.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm