"Uzun müddət şəxsi biznesə başlamaq mənim üçün əlçatmaz bir arzu olub, amma bəzən bəxtimiz gətirir və bizimlə öz arzusunu paylaşan və onun həyata keçməsinə yardım edən biri ilə tanış oluruq". Access Bank, Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) və EU4Business-in dəstəyi ilə Fuad Məmmədəli oğlu Əliyev üçün hər şey bu cür başladı.
On beş il bundan əvvəl Fuad Azərbaycanım paytaxtı Bakının şimalında və Xəzər dənizinin sahilində yerləşən Xaçmazda kiçik dəftərxana mağazasındakı satıcılıq işini tərk etdi. "Əvvəlcə çətin oldu, amma mənim köşküm mənə qala kimi idi. Üstəlik, mərkəzi avtovağzalda qəzet və dəftərxana ləvazimatı satdığım əsas satış yerim var idi" - deyə Fuad xatırlayır.
Köşkü də uzun illər onun fəaliyyət dairəsi olub. Access Bank meydana çıxana qədər. "Müştərilər daima məndən müxtəlif məhsullar istəyirdi, ancaq mənim onları satmaq və saxlamaq üçün yerim yox idi" - deyən Fuad beləcə özünün şəxsi mağazasını açmaq və bunun üçün banka getmək fikrinə düşdüyünü bildirir.
Sahibkarlıq əzmi və maliyyə fəaliyyətinin nəticəsi
İşlər tezliklə yoluna düşdü, çünki Fuadın köşkdəki uğurlu fəaliyyəti, sahibkar olmaq istəyi və qənaətcil davranışı, eləcə də maliyyə fəaliyyətinin nəticəsi, Access Bankdakı məsləhətçini onun yaxşı və möhkəm biznesinin olacağına inandırdı. "Mağazamız altı il bundan öncə açıldı və o vaxtdan etibarən müştəri tələbatını ödəmək üçün kitab və oyuncaq kimi daha çox şeylər əlavə etmişik" - deyə Fuad qeyd edir.
Access Bankdan doqquzuncu krediti götürdüyünü deyən Fuad, ödəmə planını biznesinin böyüməsi ilə uyğunlaşdırdığını bildirir. Əslində Fuad hazırda ikinci mağazanı açmaq üçün başqa bir sahibkarla səylərini birləşdirir. "Bu yeni ticarət müəssisəsi satınalmada iri həcmli qənaətcilliyə imkan verəcəkdir ki, bu da ən azı iki, bəlkə də üç yeni iş yerini yaratmaq üçün daha çox nağd pul axınını təmin edəcək".
Cənub-Şərqi Avropa üzrə Avropa Fondu
EU4Business təşəbbüsünün bir hissəsi olaraq, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun məqsədi əsasən mikro və kiçik müəssisələrin (MKM-lər) və fərdi ev təsərrüfatlarının Azərbaycandakı Access Bank kimi ixtisaslı yerli maliyyə qurumları vasitəsilə davamlı əlavə inkişaf maliyyələşdirməsinin təmin edilməsi yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır.
Bir kreditin ortalama həcmi 4 min avrodan bir az artıq olmaqla, EU4Business təşəbbüsü çərçivəsində Fuadın Azərbaycanda biznesi kimi kiçik bizneslər üçün CŞAF 50 mindən artıq sub-kreditlər ayırmışdır.