İşsizlikdən uğurlu biznesə: Bəxtiyarın hekayəsi

Azərbaycan
İşsizlikdən uğurlu biznesə: Bəxtiyarın hekayəsi

Mən qısa müddətə biliyin həqiqətən bir güc olduğunu anladım. Məsələn, Kkövrək bir ideyanı böyük bir biznesə çevirə biləcək bankla işləməyə dair bilik" deyən Bəxtiyar Meyvəddin oğlu Novruzbəyov, Azərbaycanda Access Bank, Cənub Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) və EU4Business-in köməyilə ərzaq mağazası açıb.

"Cəmi on il bundan əvvəl işsiz qaldım. Yaşamağa bircə evim və kiçik bir bağım var idi"- deyə Bəxtiyar ərzaq mağazası və açıq satış sahəsindən ibarət kifayət qədər böyük bir binaya işarə edir. Bir də gözəl həyat yoldaşım. "Hələ də əldə etdiklərimizə heyrətlənirəm" - deyən Bəxtiyar, piştaxtanın arxasından pəncərəni açan xanımına gülümsəyir.

Ancaq Bəxtiyar və ailəsini tanıdıqdan sonra, uğur qazanmaqlarının heç də təsadüfi olmadığına əmin olacaqsınız. Tükənməz nikbinliyi və sahibkarlıq əzmi sayəsində itirdiyi işi haqqında çox düşünmədən öz kiçik bağının ona verə biləcəyi imkanları göz önünə gətirməsini təsəvvür etmək çox asandır. "Mən ilk növbədə yerli supermarketə getdim və administratordan hansı məhsullara daha çox ehtiyac olduğunu öyrəndim. Beləcə mən istehsalçı oldum" - deyə o bildirir. "Əlbəttə, çox kiçik bir istehsalçı".

Yolun hər addımında kömək

Bu, ehtiyatlı bir irəliləyiş idi və onun ailəsinə bu yolun hər addımında kömək edən Access Bank oldu. "Qısası, bankın mənə bu işdə necə kömək edəcəyindən xəbərsiz idim. Həm biznesin inkişaf etməsini maliyyələşdirmək, həm də onu sürətləndirmək" - deyə o bildirir. "Siz orada bir furqon görürsünüz? Kredit götürüb onu almaqla, biz qısa müddət ərzində artan müştəri tələbatını ödəməyi və təzə məhsulu alıcıya tez çatdırmağı bacardıq. İlk baxışda əlavə xərc kimi görünsə də, əslində bizə daha çox qazanc əldə etməyə və daha gəlirli olmağa kömək etdi" - deyə Bəxtiyar izah edir. "Bu, indiyə qədər götürdüyümüz onuncu kreditdir və biznesimiz çox möhkəmdir".

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu

EU4Business təşəbbüsünün bir hissəsi olaraq, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun məqsədi əsasən mikro və kiçik müəssisələrin (MKM-lər) və fərdi ev təsərrüfatlarının Azərbaycandakı Access Bank kimi ixtisaslı yerli maliyyə qurumları vasitəsilə davamlı əlavə inkişaf maliyyələşdirməsinin təmin edilməsi yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır. 

Bir kreditin ortalama həcmi 4 min avrodan bir az artıq olmaqla, EU4Business təşəbbüsü çərçivəsində Bəxtiyarın Azərbaycanda biznesi kimi kiçik bizneslər üçün CŞAF 50 mindən artıq sub-kreditlər ayırmışdır.

 

Daha çox öyrən

CŞAF - Sahibkarlıq təcrübədə

CŞAF-ın internet səhifəsi

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm