Hacıbədəlli dördlüyü Azərbaycanda qoyunçuluq kooperativi qurdu

Azərbaycan
Hacıbədəlli dördlüyü Azərbaycanda qoyunçuluq kooperativi qurdu

Azərbaycanın Ağcabədi rayonu kənd təsərrufatı və əsasən əkinçilik rayonudur. Bitkilərin yetişdirilməsi və heyvandarlıq yerli əhalinin məşğul olduqu əsas iqtisadi fəaliyyətdir. Orxan Nağıyev Hacıbədəlli kəndində doğulub böyüdü, ixtisasca iqtisadçıdır. Nağıyev ailəsi ilə birlikdə Hacıbədəllidə yaşayır. Həyat yoldaşı müəllimədir, amma hal-hazırda kənddəki ibtidai məktəbdə oxuyan yeddi yaşlı qızına və 10 yaşlı oğluna baxır.

Hərbi xidməti başa vurduqdan sonra Nağıyev ticarətlə məşğul olmaq üçün Rusiyaya getdi. Bir neçə il Moskvada mal satdıqdan sonra Azərbaycana qayıtmağa və kəndində yaşamaqa qərar verdi. Nəhayət, ailəsinin kiçik torpaq sahəsində pambıq və digər məhsullar becərməyə başladı.

Turan Bankın müştərisi olaraq Nağıyev təsərrüfatının xərclərini ödəmək üçün mikro kredit götürdü. Bir gün bankdan işlərini böyütmə potensialı olan mikro sahibkarları axtaran AMFA / AB layihəsi haqqında məlumat aldı. “Bəzi kəndlilər də daxil olmaqla bir çox insan dərhal AMFA / AB layihəsinə müraciət etdi. Bir neçə həftə sonra AMFA-dan zəng aldım və mənə dedilər ki, maliyyə savadlılığı və biznesın planlaması mövzusunda seminarlarda iştirak etmək üçün seçilənlərdənəm”, - Orxan Nağıyev deyir.

Nağıyev söyləyir ki, bu seminarlar ona biznes planı qurmaqa və qrant üçün müraciət etməyə kömək etdi. Xoşbəxtlikdən, seçim prosesinin sonunda o və üç həmkəndlisi qrant üçün seçilənlər arasında idi.

Biznesin planlaşdırması kursundan sonra AMFA Əməkdaşlıq inkişafı kursu da təşkil etdi. Bu seminarda Nağıyev digər kənd sakinlərinin fikirləri haqqında daha çox məlumat əldə edə bildi və biznes üçün bir ortaq ideya yarandı - kiçik qoyunçuluq təsərrüfatı. “Kooperativlərin inkişafına dair bir seminarda kooperativin necə qurulacağını, üzvlər arasında necə inam yaradılacağını, səmərəliliyin artırılması üçün daxili qaydaların necə inkişaf etdiriləcəyini, ümumi maliyyə məsələlərinin necə müəyyənləşdiriləcəyini, alış-satış, materiallar və işçi qüvvəsi ilə məsələlərin necə həll ediləcəyini öyrəndik. Bu məlumat bizə çox lazım idi ”, - Nağıyev vurğulayır.

Seminar iştirakçıların qrup şəklində çalışmaları, birlikdə inkişaf prosesini simulyasiya etmələri və eyni zamanda bunu edərək öyrənmələri üçün hazırlanmışdır. Kurs zamanı Nağıyev və üç həmkəndlisi ortaq müəssisə yaratmaq qərara gəldilər. Seminar zamanı gələcək kooperativ üçün bir iş planı hazırlamağa başladılar.

Qrant aldıqdan sonra dörd sahibkar qoyunçuluq kooperativi qurdular. Başlanğıc üçün 40 qoyun aldılar. O vaxtdan bəri, dördü də birlikdə çalışır. Kooperativlərini rəsmi qeydiyyatdan keçirmək üçün müraciyət etdilər.

COVID-19 məhdudiyyətləri bir çox logistik problem yaratsa da, Orxan deyir ki, kooperativ bir il ərzində sürüsünün sayını iki dəfə artıra bildi. İndiyə qədər ailə ehtiyaclarlarını və digər xərcləri ödəmək məqsədi ilə 18 qoyun satılıb, 62 qoyun sürüdə qalmışdır. Kooperativin daha da böyüməsi üçün sürünün 100 qoyuna qədər genişləndirilməsi planlaşdırılır. Sahibkarlar böyük planlar qurur və qoyun ətini tədarük etməyə başlamaq niyyətindədilər.

"Qrant olmasaydı, təsərrüfatımızı başlamaq üçün bir fürsət olmazdı" deyir Nağıyev. “AMFA-nı sahibkarları gələcək layihələrdə klasterlərdə işləməyə təşviq etməsini istərdim. İşi kooperativ qaydada idarə etmək bacarığı çox vacibdir, və bunun üçün seminarlar və qrantlar çox əhəmiyyətlidir."

AMFA, Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Azərbaycanın kənd yerlərində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi" (ADSMIRRA) layihəsini 2018-2021-ci illər ərzində Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi bölgələrində həyata keçirir. Layihənin məqsədi kənd yerlərində mikro və kiçik sahibkarlar arasında maliyyə savadlığının artırılması, onlara biznesin planlaması, kooperativlərin idarə olunması, mentorluq, mikro müəssisələrin yaradılması və ya genişləndirilməsi üçün kapitalın ayrılması və bu kimi məsələləri öyrəndirməkdir. Ümumilikdə, layihə çərçivəsində 37 startapın fəaliyyətə başlanması, 76 mikro müəssisənin genişləndirilməsi və Azərbaycanın kənd yerlərində 125 iş yerinin açılması dəstəkləndi ki, bu da 202 ailəyə aylıq gəlirlərini artırmağa və 3 kooperativ yaratmasına imkan verdi.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm