Dayanıqlı inkişaf toxumlarını: s p nl rin uğur hekay si Azərbaycanın şimal-qərbində kiçik sahibkarlığa dəstək

Azərbaycan
Dayanıqlı inkişaf toxumlarını: s p nl rin uğur hekay si Azərbaycanın şimal-qərbində kiçik sahibkarlığa dəstək

Azərbaycanın şimal-qərbindəki ailələrin əksəriyyəti kəndlərdə və əsasən ucqar dağlıq ərazilərdə məşğulluq imkanlarının məhdud olduğu şəraitdə yaşayırlar. Şəki-Zaqatala iqtisadi zonasını təşkil edən altı şimal-qərb rayonunda yaşayan müxtəlif insanlar arasında həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvasından didərgin düşən və məhdud imkanlara malik ailələr də var. 

Məsələn, Ağalarovlar ailəsi  Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Şəki-Zaqatala rayonuna pənah gətirib. Zəminə Ağalarova deyir ki, “biz ilk dəfə bura gələndə bizim xalça və kitablardan başqa heç nəyimiz yox idi. Biz yaşamaq üçün mübarizə aparırdıq. Müəyyən bacarıqların olsa belə, iş tapmaq, tək öz işini qurmaq çox çətin idi. Lakin biz öz toxuculuq və naxışsalma bacarığımızı inkişaf etdirməyə qərar verdik”. Azərbaycanda xalçalar yüksək dəyərə malikdir və hər bir rayon özünün xalçaçılıq, yun boyama ənənələri və üsulları, eləcə də rəmzi xarakter daşıyan naxışları ilə qürur duyur. Ağalarovlar ailəsi əslən Dağlıq Qarabağdandır və hal hazırda Şəki-Zaqatala bölgəsində məskunlaşıblar. Onların mənsub olduqları  rayonun  ənənəvi xalçaları dünyada ən nadir nümunələrdəndir və onları muzeylərdən kənarda nadir hallarda görmək olur. Ağalarovların ailəsi, kiçik ailə biznesini qurmaqda insanlara kömək etmək üçün sahibkarlıq fəaliyyəti üzrə təlimlər təşkil edən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni layihənin köməyi nəticəsində həyat şəraiti və maddi rifahlarını yaxşılaşdıra bilən on iki məcburi köçkün ailəsindən biridir.

Layihə haqqında təəssüratlarını bölüşən Zəminə belə deyir: "Təlim kursu 13 məşğələdən ibarət idi  və biz biznes planı və brendin hazırlanması, habelə, İnternet vasitəsilə satış və qablaşdırma haqqında çox şey öyrəndik. Bu, bizdə öz ailə biznesimizə başlamaq üçün inam yaratdı, hələ də hər gün nə isə öyrənməyimizə baxmayaraq, kursda öyrəndiklərimizi təcrübədə real olaraq indi tətbiq etməyə başladıq”. Əsas biznes vərdişlərinin aşılanması ilə bağlı təlimdən əlavə, layihə, seçilmiş ailələri öz sahibkarlıq ideyalarını reallığa çevirməkdə ehtiyac duyduqları resurslarla da təmin edir. Zəminə izah edir ki “işə başlamaq üçün əsas şey bəlli ki toxuculuq dəsgahı və saplar olsa da, bizi daha çox həvəsləndirən məqam işimizin effektivliyini artırmaq üçün texnologiyadan necə istifadə edilməli olmasına dair keçdiyimiz yeni təlimdir”

Daha geniş imkanları olan bazara daxil olmaq üçün  ehtiyac duyduqları üsulları mənimsəyərkən, Ağalarovlar ailəsi artıq öz biznes vərdişlərini uğurlu bir məqsədə yönəldiblər – məsrəf baxımından daha sərfəli olan və bazarda daha asan satılan gözəl suvenir xalçalar yaratmaq. Zəminə deyir ki, “biz yalnız ailəmizi saxlamaq üçün qazanc əldə etmirik, həm də cəmiyyətimizdə xalçaçılığı yaşadırıq. Məsələn, hazırda biz bu sənəti məcburi köçkün ailələrindən olan başqa üç qıza da öyrədirik”. Azərbaycanın şimal-qərbində kiçik sahibkarlıq müəssisələrinin təsis olunmasına dəstək göstərmək məqsədini daşıyan layihə, Avropa İttifaqının layihəsi olan və ABAD ilə birgə həyata keçirilən “Kənd yerləri və regional inkişafa dəstək” proqramının bir hissəsidir.  ABAD ölkədə ailə bizneslərinin inkişaf etdirilməsi sahəsində çalışan öncül milli şəbəkədir. Bu əməkdaşlıq layihənin imkanlarını xeyli artırır və yeni yaranan ailə bizneslərinin dayanıqlılığının təmin olunmasına kömək edir. 

Məsələn, hazırki texniki təlimləri bitirdikdən sonra, Ağalarovlar ailəsi, ABAD-ın (www.abad.gov.az) tam hüquqlu üzvlərinə çevriləcəklər, bu da o deməkdir ki, onlar, öz mallarını ABAD-ın böyük supermarketləri, hipermarketləri və rüsumların tətbiq olunmadığı mağazaları özündə birləşdirən geniş paylayıcı şəbəkəsində yerləşdirmək və satmaq imkanı əldə edəcəklər.

Layihə 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayıb və bu gün artıq rayonda 44 imkansız ailə üçün daha yaxşı iqtisadi imkanların yaradılmasına kömək edir. Layihədə iştirak edən icmalar bütövlükdə 300 nəfəri əhatə edir. Bununla yanaşı, 600 nəfərin də müəyyən dərəcədə layihədən bəhrələnəcəyi nəzərdə tutulur. Bu günə qədər yaranan 44 yeni biznes startaplarının 23-nə qadınlar rəhbərlik edir. Yeni yaranan bizneslərə dəstək göstərilməsi qərarı qəbul edilərkən icmada digərləri üçün məşğulluq imkanları yarada biləcək fəaliyyətlərə üstünlük verilib. Digər bir əsas seçim meyarı bazarda təklif olunan məhsullara tələbat, istehsal potensialı və gender balansıdır. 

Bu seçim prosesində bazardakı vəziyyətə dair ABAD-ın məlumatlarından istifadə olunub. Məsələn, üç inəkdən ibarət kiçik sürüsü ilə cüzi qazanc əldə edən Hacıyevlər ailəsinə və onların süd məhsulları istehsal etmək vərdişlərinin inkişaf etdirilməsinə dəstək göstərilib. Layihənin aparıcı eksperti olan Ülvi Bədəlovun sözlərinə görə “Şəhər və qəsəbələrdə ev şəraitində hazırlanan süd məhsullarına böyük tələbat vardır, lakin kənd yerlərində yaşayan istehsalçıların çoxu daha böyük bazarda öz məhsullarını sata bilmək üçün riayət etməli olduqları qaydaları bilmir. Buna görə də onlar öz məhsullarını yalnız yerli bazarda satır və cüzi qazanc əldə edirlər. Bu, potensial itkisi deməkdir”.

Hacıyevlər ailəsi uzun müddətdir ki, yüksək keyfiyyətli kənd pendirinin və yağının istehsalçıları kimi öz məkanlarında məşhurdurlar, lakin onların biznesi yalnız  biznes vərdişlərinin aşılanması üzrə kursu bitirdikdən və öz məhsullarını pasterizə etmə, saxlama və sertifikatlaşdırma üzrə təlimə və müasir avadanlığın alınmasına maliyyə dəstəyi göstərildikdən sonra real olaraq həmin məkanın hüdudlarını aşa biləcəkdir. Bütün bu proseslər yalnız Hacıyevlər, onların əmiuşaqları və bacı-qardaşları üçün deyil, eyni zamanda süd məhsullarının istehsalındakı bu inkişafdan faydalanan qonşular üçün də məşğulluq və təlim imkanları yaradacaq.

Məsələn, Balakən rayonunda xurma istehsalında hələ istifadə olunmayan böyük bir potensial mövcuddur – bu meyvə 2018-ci ildəki ixracatda Azərbaycana 115 milyon ABŞ dolları qazandırıb, lakin onun saxlanması və konservləşdirilməsi üçün əksər kiçik istehsalçıların imkanları xaricində olan bahalı avadanlıq tələb olunur. Həqiqətən, şimal-qərb rayonlarında kiçik fermerlər tərəfindən istehsal olunan xurma məhsulunun böyük bir hissəsi  bu meyvənin saxlanması, qurudulması və konservləşdirilməsi üçün tələb olunan şəraitin olmaması səbəbindən məhv olmuşdur.Gündüz Məmmədova bildirir ki “Biz meyvəni günəş altında quruduruq, lakin, bu, çox zaman aparır və bu üsul meyvəni şəhərlərdə və ölkə hüdudlarından kənarda satmaq üçün onların istədikləri standartlara cavab vermir. Hər kəs bilirdi ki, biz xurmadan çox şey edə bilərik, lakin biz bunu necə etməyi bilmirdik”. 

Layihə, eyni zamanda, insanların fərdi potensialını da inkişaf etdirməyə yönəlir və istedadlara dəstək göstərir. Məsələn, Fərəh Adıgözəlzadə Şəkinin ucqar Kiş kəndində həvəsli və istedadlı bir rəssamdır. O, deyir ki, “mən bu işə başlamazdan əvvəl ehtiyac duyduğum materialları almaqda çətinlik çəkirdim. Dünyanın hər yerində rəsm satmaq 
çətindir, indi təsəvvür edin ki, belə bir şəraitdə mən necə rəsm sata bilərdim? Ümidim qırılmışdı və mən ümumiyyətlə hər hansı iş axtarmaq üçün –yəni rəssamlıq fəaliyyəti deyil, istənilən bir iş tapmaq üçün indiki işimi, sevdiyim peşəmi dayandırmaq və bitirmək həddinə çatmışdım. Mən irəliyə doğru yol görmürdüm”
. Lakin hal-hazırki layihə və onun təklif etdiyi təlim kursları Fərəhi sevdiyi iş  ilə məşğul olmaq və rəsm çəkməklə özünü dolandıra bilməsi üçün yeni yollar axtarmağa həvəsləndirdi.“Kursdakı ekspertlər ilə biz böyük qurban tələb 
etməyən vasitələrlə öz sənətimə dəstək göstərə biləcəyim bir plan qurduq. İndi, məsələn, mən Şəkidə çox rast gəlinən gözəl daşları boyayıram və onları ABAD-ın köməyi ilə daha geniş bazarda sata biləcəyim suvenirə çevirirəm. Əgər mən onlardan bir neçə yüzünü sata bilsəm, mən aylarla rahat şəkildə rəsm çəkə bilərəm”.

**********************************

Azərbaycanın Şəki-Zaqatala iqtisadi rayonunda aparılan inkişaf layihələri Avropa İttifaqının maliyyələşdirdiyi, ABAD publik hüquqi şəxs və BMT-nin İnkişaf Proqramınən da qismən maliyyələşdirdiyi, ümumi dəyəri 1,074,000 ABŞ dolları təşkil edən üçillik layihənin bir hissəsidir. Layihə, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarını əhatə edərək ümumilikdə Şəki-Zaqatala iqtisadi zonasının 6 rayonunda BMTİP və ABAD tərəfindən icra edilir.

 

Müəllif: Sandra İsmanovski

Mənbə:​ UNDP Azerbaijan

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm