İstənilən müasir təşkilatın bir neçə onillik bundan öncə kompüterlərsiz necə fəaliyyət göstərdiyini təsəvvür etmək çətindir. İndiki dövrdə isə bu cür vacib sistemlərdən istifadə imkanı olmasaydı, ofis fəaliyyətimiz tam dayanardı.
Azərbaycanda, DiVi şirkəti iş yerləri üçün İT həllərinin təmin edilməsi sahəsində ixtisaslaşmışdır. Şirkət fərdi kompüter, planşet və printerlərdən başlayaraq televizor və audio-vizual avadanlığa qədər şirkətlər üçün kompüter və ofis avadanlığını təchiz edir və bu işlə 1990-cu illərdən bəri məşğuldur. DiVi şirkətinin müştərilərinə dəstəyi səlahiyyətli servis mərkəzi təmin edir ki, məsələn həmin mərkəz ölkədə eksklüziv qaydada Canon və Nikon məhsullarını dəstəkləyir.
DiVi şirkətinin baş icraçı direktoru Emin Quliyev bildirdi: “Bu rəqabətli bir sahədir və ən son tendensiyalarla ayaqlaşmaq bizim üçün çox vacibdir, çünki müştərilərimiz qısa zaman keçdikdən sonra bizdən onları soruşacaqlar. Bu o deməkdir ki, biz xidmətlərimizi daim təkmilləşdirməli və yeniləməliyik. Biz bunu etməsək rəqiblərimiz edəcək.”
İnternet dükan
AYİB, DiVi şirkətinin öndə olmaq ambisiyasını dəstəkləməyə hazır oldu.
Buna nail olunması istiqamətində DiVi şirkətinin atdığı vacib addım xidmətləri internet dükan vasitəsilə təklif etməsi oldu ki, bu addım şirkətə müştəri bazasını artırmaq imkanını yaratmaqla yanaşı artıq mövcud müştərilərinə daha yaxşı xidmət göstərmək üçün də şərait yaratdı.
Avropa Birliyinin maliyyə dəstəyi ilə Azərbaycanda dəstəklənən Kiçik Sahibkarlıq proqramı çərçivəsində Bankın Məsləhəti şirkətin ehtiyaclarına hesablanmış internet səhifəsini yaratmaq üçün uyğun konsultasiya vermişdir.
DiVi şirkətinin internet səhifəsi indi müştərilərə internet vasitəsilə alış-veriş imkanını yaratmaqla yanaşı şirkət, onun tərəfdaşları haqqında məlumat, habelə iş elanları kimi digər yenilik və xəbərləri təqdim edir.
AYİB Bakı ofisinin şöbə müdiri Lalə Rzayeva izah edir: “Məhsul və xidmətlərin internet vasitəsilə alışı indiki dövrdə əksər müştərilərin gözləntisidir”. “Bu, şübhəsiz ki, satışın həcmini artırmağa kömək edir. İnternet məkanında mövcudluq həmçinin şirkətlərə öz məhsullarını təqdim etmək və daha güclü və nüfuzlu brend yaratmaq imkanı verir.”
O, əlavə etdi: “Bizim şirkətlərə marketinqlərini yaxşılaşdırmaqda kömək etmək sahəsində böyük təcrübəmiz var. Faktiki olaraq layihələrimizin üçdə biri belə bir komponenti daxil edir”.
İnternet dükan DiVi şirkətinin müştəriləri arasında çox populyardır və şirkətin öz xidmətlərini internet vasitəsilə təklif etməyə başladığı dövrdən bəri biznesinin həcmi 20 faiz artmışdır.
Başqa mədəniyyətlərdən öyrənmə
DiVi şirkətinin gələcək inkişafa doğru düzgün istiqamətləndirilməsi üçün daha çox imkanlar mövcud idi.
Cənab Quliyev qeyd edir: “Şirkətinizin mühitindən kənara çıxıb başqa sahibkarlardan inkişaflarını necə təmin etdiklərini öyrənmək çox faydalı ola bilər”. Taybey şəhərinə vaxtında edilən səfər, eləcə də başqa bir İT şirkəti ilə keçirilən görüşlər və aparılan müzakirələr texnologiya sahəsində inkişaf etmiş iqtisadiyyatda ona belə bir imkan yaratdı.
O, izah edir: “Biz Asiyaya səfərimiz zamanı IoT və kompüter oyunları kimi İT sənayesində yeni tendensiyalar haqqında məlumat əldə etdik”.
Şirkətimiz TaiwanBusiness-EBRD Technical Cooperation Fund maliyyə dəstəyi ilə təqdim olunmuş bu imkandan yararlanmış 18 şirkətdən biri oldu.
Yekunda AYİB maliyyə-mühasibatlıq sistemləri sahəsində DiVi şirkətində dəstək təmin etdi. Daha dəqiq desək, şirkət müstəqil konsultant tərəfindən Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (IFRS) uyğun auditdən keçirildi ki, bu da ona fəaliyyət göstəricilərini daha yaxşı təhlil etməyə kömək etdi.
Biznesin inkişafı
Bu, DiVi şirkəti üçün səfərin sonu deyil, məhz başlanğıcıdır. Şirkətin daha böyük ambisiyaları var və öz biznesini böyütməkdə dəstək əldə etmək məqsədilə kredit üçün AYİB-na müraciət edib.
Cənab Quliyev qeyd edir: “Bizim gələcək planımız regionda inkişaf etmək və bazar payımızı artırmaqdır”.