Təhsil biznesi: Azərbaycandan olan sahibkar kənd yerlərində təhsil ocaqlarını inkişaf etdirir

Azərbaycan
Təhsil biznesi: Azərbaycandan olan sahibkar kənd yerlərində təhsil ocaqlarını inkişaf etdirir

Təhsil hər kəs tərəfindən, hər yerdə tələb olunur. Azərbaycanın Tovuz şəhərindən olan sahibkar Vüsalə Əhmədovanın təcrübəsinə görə, hətta kənd yerlərində təhsil müəssisələri açmaq imkanları mövcüddur.

Bir neçə il əvvəl Azərbaycanın şimal-qərbindən olan ingilis dili müəllimi Əhmədova öz biznesini açmaq qərarına gəldi və fürsətlər axtarmağa başladı. Bir müddət sonra ən yaxşı bildiyi sahəyə - təhsilə üstünlük verdi və Tovuzda Edu Prime Education Academy-nin filialını açdı. 

Bu özəl təhsil müəssisəsində uşaqların əqli və fiziki inkişafı, erkən inkişafı, ibtidai məktəbə hazırlıq üçün müxtəlif dərslər keçirilir. Bu təhsil ocağında həmçinin bir sıra başqa fənlər, o cümlədən dil dərsləri tədris edilir. Burada Əhmədova uzun illər oxuduğu və müəllim kimi işlədiyi müddətdə qazandığı təcrübədən istifadə edir.

Amma ilk növbədə, o, sahibkar olmaq üçün bir az təlim keçməli və öz bacarıqları üzərində işləməli idi. Yalnız bundan sonra sahibkar təhsil biznesi haqqında kifayət qədər biliyə malik oldu və uğura doğru irəliləməyə başladı. 

Maliyyə sabitliyinin təmin edilməsi

Bir qədər təlim keçdikdən sonra Əhmədova yeni biznesini inkişaf etdirmək üçün burada özünə inamı artırmalı olduğunu hiss etdi. O, daha çox işçi işə götürə biləcəyinə, onlara maliyyə sabitliyini təmin edə biləcəyinə və biznesini inkişaf etdirə biləcəyinə əmin deyildi. EU4Business təşəbbüsünün bir hissəsi olan Aİ tərəfindən maliyyələşdirilən “Kənd Yerlərində Sahibkarlığın İnkişafına Dəstək” layihəsi məhz burada ona kömək etdi.

Layihə çərçivəsində Əhmədova digər qadın sahibkarlarla birlikdə özünə güvənin artırılması, biznesin planlaşdırılması üçün faydalı məlumatların əldə edilməsi və digər vacib məsələlər üzrə təlimlərdə iştirak edib.

"Mən demək olar ki, hər şeyi sıfırdan başladım, ona görə də həm maddi, həm də bacarıq baxımından çox çətinlik çəkdim", - Əhmədova deyir.

“İnkişaf etmək və irəliləmək üçün daim yeniliklər axtarırdım və həmişə tədbirlərə və təlimlərə qatılırdım. Mən hər yerdə bilik əldə etmişəm və onu işimdə tətbiq etməyə çalışıram”.

Qadın sahibkarlığının dəstəklənməsi

“Kənd Yerlərində Sahibkarlığın İnkişafına Dəstək” layihəsinə 8 may 2019-cu il tarixində start verilib. Layihənin ümumi məqsədi Azərbaycanın bütün iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun yaradılmasına töhfə verməkdir. Xüsusi diqqət kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması və kənd yerlərində həyat keyfiyyətinin yüksəlməsinə yönəlib. Layihənin mühüm komponentlərindən biri də kənd qadınlarının sahibkarlıq fəaliyyətini həyata keçirməsinə imkan yaratmaq üçün onların bacarıqlarının və inamının inkişaf etdirilməsidir.

Əhmədova “Kənd Yerlərində Sahibkarlığın İnkişafına Dəstək” layihəsi haqqında rəfigəsindən xəbər alıb və dərhal qoşulmaq qərarına gəlib. Sahibkar qeyd edir ki, layihəyə iştirakin ən faydalı məqamları bilik əldə etmək və yeni insanlarla tanış olmaqdır.

“Mən mütləq digər sahibkarlara da bu tipli layihələrdə iştirakını tövsiyə edərdim, çünki bu, özünə inam yaradır və biznesinizi gücləndirməyə kömək edir”, - Əhmədova deyir.

“Mənim 15-ə yaxın işçim var. Layihə onların hamısını gəlirlə təmin etməyə imkan yaratdı ki, bu da mənim üçün qürur mənbəyidir. Biz qadın sahibkarlar qoşulduğumuz layihələr vasitəsilə bir-birimizə dəstək olur, müxtəlif sahələrdə çalışan qadınları birləşdirir və onlara müştəri tapmağa kömək edirik”. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm