Biz fəaliyyətlərimizi fəal şəkildə işıqlandırırıq və faydalı məsləhətləri paylaşırıq
Ən son xəbərlər
Bütün xəbərlərVideolar
Bütün VideolarƏn son hesabatlar
Bütün hesabatlarFaydalı resurslar
Daha çox göstərAqrar Xidmətlər Agentliyi aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə yaradılmışdır. Heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsi AXA qarşısında duran əsas hədəflər sırasında yer almışdır. Agentlik həmçinin nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir.
...
Əsas məqsəd Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, hökumət və sahibkarlar arasında əməkdaşlığın inkişafına nail olmaq və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübələri təşviq etməklə qarşılıqlı etimada əsaslanan mühit yaratmaqdır.
...