AYİB COP29 çərçivəsində Azərbaycanın ən böyük günəş enerjisi layihəsinə maliyyə vəsaiti ayırıb

Azərbaycan
AYİB COP29 çərçivəsində Azərbaycanın ən böyük günəş enerjisi layihəsinə maliyyə vəsaiti ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda iki böyük günəş elektrik stansiyasının tikintisi layihəsi üçün investisiyalar ayırdığını elan edib.

Bu üç çoxtərəfli istiqamətdə fəaliyyət göstərən bankın hər biri Azərbaycanda iki günəş enerjisi elektrik stansiyasının tikintisi üçün 160 milyon ABŞ dolları vəsait ayıracaq.

Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyaları Qafqazda bərpa olunan enerji sahəsində ən iri layihələr olacaq. Bu elektrik stansiyalarının 2027-ci ilə qədər istismara verilməsi planlaşdırılır.

“Biz Qafqaz regionunda bu günə qədər ən böyük günəş elektrik stansiyalarını maliyyələşdirməkdən məmnunuq. Bu stansiyalar hər il CO2 emissiyalarını 600 000 ton azaldacaq”,- AYİB-in Dayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktoru Nandita Parşad deyib. “Eyni zamanda, bu əhəmiyyətli miqdarda investisiyalar 300 minə qədər evi “yaşıl” enerji ilə təmin edəcək və regionda bütün bərpa olunan enerji bazarını dəyişəcək”.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm