Avropa İnvestisiya Bankı tərəfindən Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta sahibkarların dəstəklənməsini nəzərdə tutan Aİ proqramının 10 fevral tarixində Kiyevdə keçirilən konfransla açılış mərasimi keçirilmişdir.
Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) Şərq Təşəbbüsü proqramının məqsədi kiçik və orta sahibkarları maliyyə və texniki dəstəklə təmin etməklə proqramın icra olunduğu ölkələrdə iqtisadi inkişafı gücləndirməkdən ibarətdir.
EIB, Aİ-nin Qonşuluq İnvestisiya Mexanizmi (NIF) ilə səyləri birləşdirərək Ukrayna, Moldova və Gürcüstanın Aİ ilə azad ticarət sazişlərinin həyata keçirilməsi ilə bağlı yaranan fürsətlərdən ən yaxşı şəkildə faydalana bilmələri üçün bu ölkələrdəki şirkətlərə yardım etməyi nəzərdə tutan hərtərəfli alətlər paketi təqdim etməyi qarşısına məqsəd qoymuşdur.
O, daha geniş EU4Business təşəbbüsünün bir hissəsini formalaşdırır. Bu təşəbbüs kiçik və orta sahibkarlığın inkişafını və Şərq Tərəfdaşlığı regionunda biznes mühitinin təkmilləşdirilməsini dəstəkləyən Aİ proqramlarını bir araya gətirən Avropa Komissiyası tərəfindən idarə olunur.
Kiyev konfransı Ukraynada kiçik və orta sahibkarlığa kredit verən banklar üçün 40 milyon Avro kredit qarantiyası mexanizmini başlatmaq məqsədilə seçilmişdir. Kredit mexanizmi kiçik və orta sahibkarların artan maliyyələşdirmə tələbini qarşılamaq üçün yerli kommersiya banklarının imkanlarını yüksəltmək məqsədi daşıyan risklərin səmərəli idarə edilməsi aləti rolunu oynayacaq.
“Güclü və sağlam kiçik və orta sahibkarlığın mövcud olduğu sabit inkişaf edən və güclənən iqtisadiyyat Ukraynanın rifahı üçün dönüş nöqtəsidir və yeni EU4Business DCFTA Şərq Təşəbbüsü bu arzunun yaxın illər ərzində gerçəkləşməsində mühüm rol oynayacaq” Ukraynada Aİ Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Berend de Groot konfransdakı çıxışında demişdir.
Tədbirdə kiçik və orta sahibkarlıq müəssisələrinin, orta miqyaslı şirkətlərin, habelə vasitəçi maliyyə təşkilatlarının, maliyyə məsləhətçilərinin və sənaye assosiasiyalarının icraçı direktorları, maliyyə direktorları və yüksək səviyyəli rəhbər şəxsləri iştirak etmişdir.