Azərbaycanda biznesinizi böyütməyin səkkiz yolu

Azərbaycan
Azərbaycanda biznesinizi böyütməyin səkkiz yolu
Şirkətim maliyyə dəstəyini necə əldə edə bilər?
Biznesimin miqyasını böyütmək və ya fəaliyyətimi təkmilləşdirmək üçün haradan məsləhət ala bilərəm?
Sahibkar qadınlar üçün işlənib hazırlanmış fərdi proqramlar var?
Bakıdan kənarda fəaliyyət göstərən kiçik şirkətlər necə dəstək əldə edə bilər?
 
Aİ partnyorları ilə necə əlaqə yarada və ya xarici alıcıları necə tapa bilərəm?
İT və texnologiya sektorunda fəaliyyət göstərən startaplar üçün dəstək proqramları var?
Aİ ölkələri ilə ticarət haqqında haradan öyrənə bilərəm?
Mövcud dəstək haqqında haradan öyrənə bilərəm?
 
of
 

Azərbaycan KOB-ları EU4Business təşəbbüsünə qoşulan bir neçə yerli partnyor bank vasitəsilə Aİ tərəfindən dəstəklənən kreditlər əldə etmək üçün müraciət edə bilər. Daha aşağı faiz dərəcələri, daha uzun müddət ödəmə dövrü və yerli valyutada əldə etmək imkanı ilə bu kreditlər güzəştli şərtlərlə təqdim edilir.

2025-ci il tarixinə aşağıdakı banklar Aİ tərəfindən dəstəklənən maliyyələşdirmə təklif edir:

  • Bank Respublika – Avropa İnvestisiya Bankı (AİB) ilə birgə kiçik sahibkarlıq müəssisələrinin maliyyəyə çıxış imkanını artıran və yeni iş yerlərinin yaradılmasını dəstəkləyən Cənubi Qafqazda KOB-larla iş üzrə təşəbbüs çərçivəsində kreditlər verir.
  • AccessBank – Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Cənub Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) tərəfindən dəstəklənən bu bank inkişafı və rəqabət qabiliyyətini stimullaşdırmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin ehtiyaclarına uyğun maliyyələşdirmə təklif edir.
  • Azərbaycan Beynəlxalq Bankı – Aİ tərəfindən dəstəklənən maliyyələşdirmə proqramlarına qoşulub.

Maliyyə təşkilatlarının ən son yenilənmiş siyahısı və uyğunluq meyarları ilə tanış olmaq üçün EU4Business Azərbaycan rəsmi səhifəsinə baxın və ya partnyor banklarla birbaşa əlaqə saxlayın.

Eight ways to boost your business in Azerbaijan

Azərbaycan KOB-ları Aİ tərəfindən maliyyələşdirilən və biznesdə fəaliyyət göstəricilərini və böyümə potensialını gücləndirməyə yönəlmiş məsləhət xidmətindən yararlana bilərlər.

2026-cı ilin iyun ayına qədər davam edəcək AYİB-in Kiçik Biznes Subyektləri üçün Məsləhət proqramı strategiya, marketinq, maliyyə idarəetməsi, keyfiyyət standartları və əməliyyatlar kimi sahələrdə subsidiyalaşdırılmış məsləhət dəstəyi təklif edir. Proqram KOB-ları yerli və beynəlxalq məsləhətçilərlə əlaqələndirir və onların bizneslə bağlı xüsusi ehtiyaclarını qarşılayır. Sözügedən proqram EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir və müraciətlər qəbul etməyə davam edir.

Azərbaycanda fəaliyyət göstərən Sarvagelli Racablini adlı pərdə istehsalçısı EU4Business təşəbbüsü və AYİB-in məsləhət proqramının dəstəyilə müştərilərlə əlaqələrin idarə edilməsi üzrə müasir yanaşma və tapşırıqların idarə edilməsi sistemi tətbiq etdikdən sonra səmərəliliyi və satışları artırmağa müvəffəq olub. Bu rəqəmsal transformasiya daxili əməliyyatları sadələşdirib və biznesin müvəffəqiyyətlə böyüməsinə imkan yaradıb.

Aİ Azərbaycanda çalışan sahibkar qadınları müxtəlif təşəbbüslər vasitəsilə dəstəkləyir. 

İş qadınları təşəbbüsü qadınlara bizneslərini inkişaf etdirməkdə kömək etmək məqsədilə fərdi kreditlər, mentorluq və təlim təklif edir.

AYİB-in Kiçik müəssisələr üçün məsləhət proqramı qadınlara məxsus KOB-lara strategiya, maliyyə, rəqəmsallaşma və keyfiyyətə nəzarət kimi sahələrdə subsidiyalaşdırılmış məsləhət xidməti təmin edir.

KOB-ların rəqabət qabiliyyətinin artırılması proqramı Azərbaycan KOB-larına gender yönümlü bacarıqların artırılması daxil olmaqla, təlim və məsləhət xidmətləri təklif edir.

Tovuz rayonundan olan Vüsalə Əhmədova hobbisini biznesə çevirərək Aİ təşəbbüslərinin dəstəyilə qadınların və uşaqların inkişafına kömək edir.

Azərbaycanın ucqar rayonlarında yerləşən müəssisələr və ailə biznesləri Aİ-nin dəstəklədiyi təşəbbüslər vasitəsilə fərdi dəstək üçün müraciət edə bilərlər.

Aİ tərəfindən dəstəklənən ABAD (Ailə Biznesinə Asan Dəstək) ölkənin hər yerində ailələrə məxsus müəssisələrə və sənətkarlara hərtərəfli yardım təmin edir. Bu xidmətlərə hüquqi yardım və mühasibat uçotu, brendinq, qablaşdırmanın dizaynı və marketinq ilə bağlı dəstək daxildir. Bunlar kiçik istehsalçılara tanınmağa və bazarı tapmağa kömək etmək məqsədi daşıyır. 

AYİB-in Kiçik müəssisələr üçün məsləhət proqramı (“Team Europe” ŞT Çərçivəsi, 2020–2027) strateji planlaşdırma, əməliyyatlar, maliyyənin idarə edilməsi və enerjinin səmərəliliyi kimi sahələrdə kənd yerlərində yerləşən KOB-lara məsləhət dəstəyi göstərir. Kənd yerlərində yerləşən müəssisələr rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş birgə maliyyələşdirilən məsləhət xidməti üzrə layihələr üçün müraciət edə bilərlər.

Şəki-Zaqatala iqtisadi rayonundan olan Ağalarov ailəsi Aİ təşəbbüslərinin dəstəyilə ənənəvi toxuculuq sənətini qoruyub saxlamağa və bu sənəti uğurlu biznesə çevirməyə nail olub.

Aİ-Azərbaycan Biznes Forumu 2024–2026 işgüzar mühiti gücləndirməklə və iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektorunun inkişafına yönəlmiş təşəbbüsdür. Sektora aid biznes forumlar, Bakıdan kənarda regional ticarət missiyaları və ixtisaslaşmış rəqəmsal şəbəkə platformaları vasitəsilə bu forum Aİ müəssisələri ilə əlaqələr qurmaqda Azərbaycan KOB-larına kömək edir. 

Xüsusilə yeni bazarlara daxil olmağa və Aİ-dən olan partnyorlar ilə uzunmüddətli əməkdaşlıq qurmağa hazır olan müəssisələr üçün uyğun olan bu proqrama ölkənin istənilən yerində fəaliyyət göstərən KOB-lar müraciət edə bilər.

Azərbaycan startapları EU4Business tərəfindən dəstəklənən və innovasiyaları, sahibkarlığı və maliyyə resurslarına çıxış imkanını təşviq edən təşəbbüslərdən faydalana bilərlər. Startapların inkişafı və böyüməsi üçün bu proqramlar qrant, texniki yardım və mentorluq dəstəyi təklif edir.

Uğurlu nümunələrdən biri “Təsir üçün əməkdaşlıq” təşəbbüsüdür və sosial sahibkarlığın inkişafını və Şərq Tərəfdaşlığı regionunda investisiya ekosisteminə müsbət təsiri dəstəkləyir. Azərbaycanda isə sözügedən proqram maliyyə dəstəyi və bacarıqların artırılmasına yönəlmiş fərdi fəaliyyətlər vasitəsilə sosial yönümlü startapların inkişafını gücləndirir. Bu təşəbbüs və onun Azərbaycandakı nəticələri haqqında daha ətraflı məlumatı proqram haqqında hesabatda əldə edə bilərsiniz. Layihənin yerli partnyoru Education Hub platformasıdır. 

Startaplar həmçinin Aİ tərəfindən dəstəklənən innovasiya mərkəzlərinə və Azərbaycan müəssisələrini Aİ-nin bazar üzrə standartları və innovasiya ekosistemləri ilə uyğunlaşdırmaq məqsədi daşıyan rəqəmsallaşma layihələrinə çıxış imkanından faydalana bilərlər. Layihənin yerli partnyoru Education Hub platformasıdır.

Aİ bazarlarına məhsul ixrac etməyə çalışan Azərbaycan KOB-ları məhsulların çeşidi, təhlükəsizlik və təsnifat standartlarına uyğun olmalıdırlar. EU4Business təşəbbüsü Aİ-nin normativ-hüquqi bazasını anlamağa, sertifikasiya proseslərindən keçməyə və keyfiyytə və uyğunluq üzrə tələblərə cavab verməkdə şirkətlərə hədəfli təlim və məsləhət xidmətləri təklif edir.

EU4Digital proqramı rəqəmsal iqtisadiyyatı gücləndirir və Şərq Tərəfdaşlığı regionu boyunca standartların uzlaşdırılmasını təşviq edir. Əsasən rəqəmsallaşma sahəsinə yönəlməsinə baxmayaraq, bu proqram xüsusilə elektron ticarət və verilənlərlə əlaqəli xidmətlər üzrə Aİ normalarına uyğunlaşmanı dəstəkləyir. Proqramın təfərrüatlarını EU4Digital proqramının II mərhələsi üzrə hesabatda tapa bilərsiniz.

Avropa Komissiyası təhlükəsizlik və təsnifat qaydaları daxil olmaqla Aİ-nin məhsula dair konkret tələblərini anlamağa çalışan şirkətlər üçün ən yeni təlimatlar təmin edir:

Bu resurslar Aİ bazarlarına daxil olmaq və rəqabətə tab gətirmək üçün çox vacib addım hesab edilən məhsul və sektorlar üzrə müvafiq qaydaları müəyyənləşdirməkdə müəssisələrə kömək edir.

Yeni maliyyələşdirmə imkanları, təlim və tədbirlər haqqında xəbərləri qaçırmadığınızdan əmin olun:

  • EU4Business təşəbbüsünün Azərbaycan üzrə səhifəsini ziyarət edin: https://eu4business.az 
  • EU4Business təşəbbüsünün xəbər bülleteninə abunə olun: https://eu4business.eu/ 
  • Maliyyələşdirmə ilə bağlı xəbərlər üçün Aİ -nin Azərbaycandakı Nümayəndəliyinin səhifəsinə baş çəkin 
  • Aİ-nin dəstəklədiyi fəaliyyətlərə qoşulan yerli ticarət palataları və KOB-ların inkişafı üzrə dövlət orqanları ilə əlaqə saxlayın
  • EU NEIGHBOURS East layihəsinin iştirak imkanları haqqında bildirişlərə abunə olun

Siz həmçinin Azərbaycanda icra edilən layihələr haqqında öyrənmək üçün EU4Business layihələrinin səhifəsinə baxın.

 
of
 
Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm