Yeni maliyyələşmə maliyyə, iqtisadi və məhkəmə sistemi idarəçiliyində iqtisadi şaxələnməyə dəstəyi davam etdirmək və kiçik və orta ölçülü müəssisələrin rəqabət qabiliyyətini və ixrac imkanlarını stimullaşdırmaq məqsədini daşıyır.
Aİ Azərbaycandan kiçik və orta ölçülü müəssisələrin rəqabət qabiliyyətini və ixrac imkanlarını artırmaq, habelə əsasən hökümət təşkilatlarına yardım etməklə biznes mühitini yaxşılaşdırmaq üçün €13.5 milyon dəyərində olan ünvanlı yardım paketini ayıracağını bəyan etmişdir.
İqtisadi şaxələndirmə Avropa İttifaqının Qonşuluq Siyasətinin icmalında qeyd edildiyi kimi hökumət üçün hər şeydən üstün olan prioritetdir və regionda iqtisadi dayaqlılığı təmin etmək üçün zəruri sahədir. Maliyyələşmə Avropanın Qonşuluq Siyasəti ölkələrinə, o cümlədən Azərbaycana verilən başlıca maliyyə və əməkdaşlıq aləti olan Avropa Qonşuluq Aləti vasitəsilə verilir.
2014-2017-ci illəri əhatə edən cari proqram dövrü Vahid Dəstək Çərçivəsində qeyd edildiyi kimi əsas diqqəti üç sektora yönəldir: təhsil, regional/kənd inkişafı və ədliyyə.
Yeni maliyyələşmə dövlət vəsaitinin xərclənməsində və əsas maliyyə qurumları tərəfindən gəlirlərin toplanılmasında təkmilləşdirmələrə də dəstək olacaqdır, bununla da Aİ-nın qabaqcıl təcrübələri və standartlarına müvafiq olaraq hesabatlılığı artıracaqdır.