EU4Business-in təşəbbüsü ilə 1-ci Baş Assambleyada 1,5 milyard kreditin 100 minə qədər KOM-ları dəstəklədiyi bildirildi

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
EU4Business-in təşəbbüsü ilə 1-ci Baş Assambleyada 1,5 milyard kreditin 100 minə qədər KOM-ları dəstəklədiyi bildirildi

EU4Business təşəbbüsünün 1-ci Baş Assambleyası 17 may tarixində Brüsseldə baş tutdu. Tədbir altı Şərq Tərəfdaşlığı ölkəsini, Aİ-dəki ölkə nümayəndəliklərini, icraçı tərəfdaşları (EBRD, EIB, OECD, Dünya Bankı, GIZ, KfW, GFA, Eurochambres, ITC, IKZ, EBA) və Avropa qurumlarını təmsil edən 80-dən çox nümayəndəni bir araya gətirdi.  

Müzakirələrdə əsas nailiyyətlər və EU4Business üçün gələcək perspektivlər diqqət mərkəzində idi. EU4Business Birgə Hesabatı da təqdim edildi. Hesabatda təşəbbüsün 2009-2016-cı illər üzrə icrası nəzərdən keçirildi. Canlı müzakirələr zamanı həm nailiyyətlər, həm də gələcək illərdə aradan qaldırılmalı olan çətinliklər diqqət mərkəzində idi. Tədbir iki hissədə təşkil olunmuşdu:

  1. EU4Business təşəbbüsünün əsas nailiyyətləri və gələcək perspektivlər haqqında səhər plenar sessiyası və dəyirmi masa müzakirələri: Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində özəl sektora dəstəyini gücləndirmək üçün strateji istiqamət barədə debat.
  2. EU4Business təşəbbüsü üzrə səylərin birləşdirilməsi haqqında günorta dəyirmi masa sessiyası: Monitorinq və kommunikasiya barədə işgüzar təşkilatçılıq.

Dəyirmi masa müzakirələri zamanı iştirakçılar cari və gələcək ehtiyaclara və problemlərə necə cavab verilməli olduğuna və yeni müdaxilə sahələrinə dair fikirlərini bölüşdülər. Səmərəlilik, innovasiya və maliyyə və qeyri-maliyyə alətlərinin birləşdirilməsi gələcək layihələr və proqramlar baxımından təhlil edildi. Biznes mühitini yaxşılaşdırmağın yolları da müzakirə olundu.

Günorta sessiyası EU4Business-in icrasının monitorinqi üçün bütün icraçı tərəfdaşların səylərinin birləşdirilməsinə həsr olunmuşdu. Kommunikasya fəaliyyətləri vasitəsilə EU4Business-in KOM-lar və digər benefisiarlar arasında tanınmasının yaxşılaşdırılması üçün birgə işləməyə olan ehtiyac da vurğulandı.

EU4Business: Şərq Tərəfdaşlığı ölkələrində Aİ siyasətinin əsas hissəsi

Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktoriatında (DG NEAR) Şərq Qonşuluğunun Direktoru Lawrence Meredith EU4Business təşəbbüsünün vacibliyini vurğuladı və təşəbbüs nəticəsində, xüsusilə, Riqa sammitindən sonra həyata keçirilmiş siyasət çərçivələri üzrə irəliləyişləri qeyd etdi. O, DCFTA təşəbbüsünün strateji əhəmiyyətini vurğuladı və EU4Business-in nailiyyətlərini nümayiş etdirən bəzi rəqəmləri diqqətə çatdırdı. Cənab Meredith Şərq Tərəfdaşlığı ölkələrində struktur islahatlarının və region üzrə Aİ tərəfindən KOM sektoruna hədəfli və müvafiq dəstəyin davam etdirilməsinin vacibliyini qeyd etdi.

Luc Devigne, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin idarəedici direktorunun müavini (EEAS), EU4Business-in icra olunduğu müddətdə tərəfdaş ölkələr tərəfindən əldə edilmiş nailiyyətləri qeyd etdi və vurğuladı ki, Aİ-nin dəstəyi öz benefisiarları üçün daha əlçatan olmalı və hərtərəfli həyata keçirilməlidir.

Milli KOM strategiyalarını icra etmək üçün vasitə

DG NEAR-ı EU4Business üzrə əlaqələndirmədə dəstəkləyən konsorsium lideri olan EY-in İcraçı Direktoru Julia Djarova EU4Business-in monitorinqini uğurla həyata keçirmək və onu inkişaf etdirmək üçün hərtərəfli yanaşmaya olan ehtiyacı vurğuladı və bildirdi ki, EU4Business milli KOM strategiyaları və cari islahatlar ilə əlaqələndirilmiş olmalı və KOM və Biznesə Dəstək Təşkilatlarının ehtiyaclarına cavab verməlidir.

EU4Business Katibliyinin eksperti Atena Duicu bütün ölkələrin milli KOM strategiyasının olduğunu bildirdi. EU4Business fəaliyyətləri bütün bu strategiyalar ilə tam şəkildə uyğunluq təşkil edir və bu təşəbbüs onların icrasında mühüm vasitədir.

Bugünə kimi olan əsas nəticələr

Monitorinq və hesabatvermə üzrə EU4Business Katibliyinin eksperti Sacha Koppert 2009-16-cı illər üzrə EU4Business layihələrinin və proqramlarının nəticələrini təqdim etdi. Nəticələr təşəbbüsün dörd məqsədi üzrə qiymətləndirilmişdir: maliyyəyə çıxış; bazarlara çıxış: bilik və bacarıqlara çıxış və biznes mühitinin yaxşılaşdırılması.

Əsas nəticələr bunlardır:

  • Təqribən 100 min müəssisəyə ümumi dəyəri 1,5 milyard Avro olan 190 min subkredit verilmişdir.
  • Kiçik və orta sahibkarlıq müəssisələrində 93 mindən çox iş yerinə dəstək verilmiş və 10 min yeni iş yeri yaradılmışdır.
  • Əlverişli biznes mühitinə şərait yaratmaq üçün və dəyişikliklərin mühüm katalizatoru olacaq siyasət strategiyaları və hüquqi islahatlar ilə bağlı təqribən 40 təklif irəli sürülmüşdür.

Dəyirmi masalar zamanı gələcəkdə EU4Business-in aşağıda sadalananlara diqqət ayırması qərara alındı:

  • yerli valyuta ilə kredit verilməsi vasitəsilə maliyyəyə çıxışı yaxşılaşdırmaq və bank olmayan maliyyə sektorunun inkişafına diqqət ayırmaq;
  • innovativ infrastrukturu inkişaf etdirmək:
  • siyasət və hüquqi islahatları davam etdirmək:
  • bazarlara çıxışı genişləndirmək və ixracın təşviqini dəstəkləmək.

 

Avropa Komissiyası DG NEAR-ın direktor müavini Katerina Mathernovanın 1-ci Baş Assambleya ilə bağlı video mesajı

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm