Bakıda keçirilən EU4Business tədbirində mühasibat uçotu üzrə təhsilin təkmilləşdirilməsi diqqət mərkəzində olub

Azərbaycan
Bakıda keçirilən EU4Business tədbirində mühasibat uçotu üzrə təhsilin təkmilləşdirilməsi diqqət mərkəzində olub

Bu yaxınlarda EU4Business təşəbbüsü çərçivəsində Dünya Bankı tərəfindən Bakıda təşkil olunan seminarda Azərbaycanda mühasibat uçotu üzrə təhsilin təkmilləşdirilməsi və peşəkar mühasibat təşkilatlarının gücləndirilməsinə dair milli təşəbbüslər müzakirə olunmuşdur.

Tədbir Şərq Tərəfdaşlığı Ölkələrində Aİ tərəfindən maliyyələşən "Audit və Hesabatlılığın Gücləndirilməsi" (STAREP) regional proqramı çərçivəsində baş tutub. Adı çəkilən proqram korporativ hesabatlılıq üçün şəffaf siyasət mühiti və səmərəli təşkilati strukturun yaradılmasında Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya dəstək verir.

Korporativ maliyyə məlumatlarının daha keyfiyyətli olması üçün lazım olan bacarıqların formalaşması universitetlərdə beynəlxalq səviyyəyə uyğun mühasibat üçotu təhsilindən və kadrların peşəkar şəkildə inkişafından asılıdır. STAREP Mühasibatlıq və Audit üzrə Təhsil və Təcrübə İcması (EduCoP) təhsilin müasirləşdirilməsi və mühasiblərin və auditorların inkişaf etdirilməsi, o cümlədən mühasibat uçotu üzrə təhsilin əsaslandırılması üçün cədvəlin hazırlanması məqsədilə birgə fəaliyyət göstərir.

Bakıda keçirilən seminara maliyyə, təhsil və vergilər nazirlikləri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, Gənc Mühasiblər İctimai Birliyi, universitet və peşəkar mühasibat təşkilatlarının 40-dan artıq nümayəndəsi və tənzimləyicilər qatılıb. Onlar milli islahatlar üzrə təşəbbüslər daxil olmaqla, Azərbaycanın mühasibat uçotu üzrə təhsilinə dair islahatların növbəti mərhələsini nəzərdən keçirərək universitet və peşəkar səviyyələrdə mühasibat və audit üzrə təhsili daha da müasirləşdirmək məqsədilə növbəti praktiki addımlardan ibarət əsaslı Ölkə Fəaliyyət Planının hazırlanmasında birgə işləyib.

EduCoP-un Azərbaycandan olan üzvləri 2016-cı ilin oktyabrında Minskdə keçirilən EduCoP regional görüşündə öyrədilən dərsləri, eləcə də daha güclü biznes mühitinə səmərəli töhfə vermək məqsədilə təhsildə "beynəlxalq standartlara" uyğunluğun vacibliyini nəzərdən keçiriblər. Sonrakı mərhələlərdə irəli sürülən müxtəlif təşəbbüslərə dair razılığın əldə edilməsi və həmin təşəbbüslərin ətraflı düşünülmüş layihə təklifi halına salınması məqsədilə Fəaliyyət Planının Azərbaycanlı maraqlı tərəflər arasında növbəti dəfə müzakirəsi nəzərdə tutulur.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm