Azərbaycan Respublikasında Keyfiyyətin İdarəedilməsi - Kiçik və Orta Sahibkarlar üçün xidmət kataloqu təqdim edilib

Azərbaycan
Azərbaycan Respublikasında Keyfiyyətin İdarəedilməsi - Kiçik və Orta Sahibkarlar üçün xidmət kataloqu təqdim edilib

Bu Təlimatda kiçik bizneslərin ticarət standartlarına riayət etməsi üçün əlaqə məlumatları və informasiya verilib.

İndi Azərbaycanda fəaliyyət göstərən kiçik firmalar xarici bazarlara daxil olmaq üçün tələb olunan ticarət standartları ilə bağlı əlaqə məlumatına və əsas informasiyaya daha asan çıxışa malikdir.

Azərbaycan Respublikasında Keyfiyyətin İdarəedilməsi - Kiçik və Orta Sahibkarlar üçün xidmət kataloqu Beynəlxalq Ticarət Mərkəzinin (ITC) dünyanın müxtəlif yerlərindən olan standartlaşdırma qurumları ilə birlikdə hazırladığı ən yeni milli kataloq seriyasıdır.

ITC Azərbaycanda 50 şirkətin iştirakı ilə sorğu həyata keçirib və kiçik bizneslərin müxtəlif qeyri-tarif tədbirləri və ən vacibi keyfiyyətin idarəedilməsi ilə bağlı problemlərlə üzləşdiyini aşkar edib. Bu təlimat sorğu nəticələrinə cavab olaraq hazırlanıb.

ITC-nin icraçı direktoru Pamela Rozmari Kok-Hamilton bildirib: "Bu təlimat Azərbaycan Respublikasında KOS-ların rəqabət qabiliyyətini inkişaf etdirmək və beynəlxalq ticarət bazarında iştiraklarını artırmaq üçün göstərdiyi səylərdə onlara kömək edəcək faydalı resurs və praktiki alət olacaq".

Təlimatda Azərbaycanın keyfiyyətin idarəedilməsi sistemi və infrastrukturu haqqında yenilənmiş məlumatlar verilir, istifadə edilən terminlər müəyyən edilir, ticarət təşkilatları və assosiasiyalarının əlaqə məlumatları göstərilir, təlim və məsləhət xidmətləri təsvir edilir və kiçik bizneslərin ehtiyac duyduqları köməyi əldə etməsinə kömək edəcək əlaqə məlumatları təklif edilir.

Bu sənəd Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "EU4Business" təşəbbüsünün "Şərq Tərəfdaşlığı: Ticarətə hazır" layihəsi çərçivəsində hazırlanıb.

Keyfiyyətin idarəedilməsi məsələsinin daha dərindən araşdırılması üçün www.intracen.org/publications səhifəsində "İxrac Keyfiyyətinin İdarəedilməsi: KOS-lar üçün təlimat" (Export Quality Management: A guide for SMEs) sənədinə nəzər sala bilərsiniz.

Ölkə üçün "Keyfiyyətin İdarəedilməsi" seriyası

Keyfiyyətin idarəedilməsi haqqında təlimatlar ITC-nin qeyri-tarif tədbirləri haqqında sorğusu çərçivəsində kiçik bizneslərin müəyyən edilmiş ehtiyaclarına cavab olaraq hazırlanıb. Yerli ehtiyaclara uyğun olaraq yenilənməsi mümkün olan təlimat seminarlarla müşayiət olunur. Milli təlimatlar standartlarla bağlı ekosistemin zəif tərəflərini (məs., test laboratoriyalarının yenilənməsi ehtiyacı) müəyyən etməyə kömək edir.

İordaniya, Fələstin Dövləti, Nepal, Misir və başqa ölkələr üçün bənzər təlimatları www.intracen.org/publications səhifəsindən ödənişsiz yükləmək mümkündür.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm