Şərq Tərəfdaşlığı regionunda sənaye və KOM sahəsi və digər sahələrdə çalışan tədqiqatçılar Aİ-nin tədqiqat və innovasiya üzrə Üfüq-2020 proqramına aid genişmiqyaslı praktiki seminar və oxşar fəaliyyətlərdə iştirak etmək məqsədilə Avropa İttifaqının qrant yardımını almaq üçün ərizə ilə müraciət edə bilərlər.
Qrant yardımının məqsədi Aİ-yə üzv ölkələr, qeyri-ŞT ölkələri və ŞT ölkələri arasında elmi şəbəkələri genişləndirmək, eləcə də təqdim olunan H2020 layihə təklifləri arasında ŞT ölkələrindən olanların sayını artırmaqdır.
Bu layihə çərçivəsində ŞT ölkələrində aşağıdakı orqanlarda fəaliyyət göstərən tədqiqatçılara maliyyə yardımı veriləcək:
- Tədqiqat müəssisələri, məsələn, tədqiqatla məşğul olan institutlar/təşkilatlar, ali təhsil müəssisələri və s.
- Sənaye
- Bələdiyyələr
- KOM-lar
Adı çəkilən layihədə qaliblərin Üfüq-2020 proqramı ilə əlaqədar genişmiqyaslı praktiki seminarlar və oxşar fəaliyyətlərdə, eləcə də H2020 çərçivəsində seçilmiş tematik çağırışlara yönəlmiş layihə təkliflərinin hazırlanmasına dair hazırlıq görüşlərindəki iştirakı maliyyələşdiriləcək.
Ərizələrin son qəbulu tarixi 31 may 2018-ci ildir.
Təklif olunan tədbirlərə aşağıdakılar daxildir:
- Üfüq-2020 Kosmos üzrə Beynəlxalq Məlumat Günü və praktiki seminar
- Nanotexnologiya və qabaqacıl materiallar üzrə praktiki seminar
- Avropa Su Məlumat Təşkilatının 2017-ci il nəşri
- Məlumat Günü, Üfüq-2020 - "Sağlamlıq, demoqrafiq dəyişiklik və rifah"
- Sürixdə Sübutlu təbabət üzrə tədbir
Əlavə məlumat almaq məqsədilə ərizələrin qəbulu üzrə internet səhifəsinə baş çəkin https://www.eap-plus.eu/object/call/123