Layihənin təsviri
"EU4Business: Şirkətlərin əlaqələndirilməsi" layihəsi kiçik və orta sahibkarlığın ixracını genişləndirmək üçün yüksək potensiala malik beş sektora: orqanik qida, yaradıcı sənaye, tekstil, turizm və şərabçılığa üstünlük verərək Aİ üzv dövlətləri ilə altı Şərq tərəfdaş ölkəsi arasında ticarətin stimullaşdırılmasına yönəlmişdir.
Layihənin məqsədləri
Əsas məqsədlər Şərq Tərəfdaşlığı ölkələrində davamlı və ədalətli iqtisadi inkişafı təşviq etmək, KOB-ların beynəlmiləlləşməsini və bazarlara çıxışını təşviq etmək üçün sektorda fəaliyyət göstərən Biznesin Dəstəklənməsi Təşkilatlarının potensialını gücləndirmək və Aİ ölkələrinə ixracın genişləndirilməsində KOB-lara dəstək olmaqdır.