Layihənin təsviri
Aİ və BMTİP arasında tərəfdaşlıq əsasında həyata keçirilən "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" təşəbbüsü Şərq Tərəfdaşlığı regionunda bələdiyyə sədrləri və onların komandalarını dəstəkləyir. O, inkişafla bağlı innovasiya yollarını araşdırmaq üçün resurslar, təcrübə mübadiləsi imkanları və təlim platformaları təklif edir, nəticə etibarilə şəhərlərin yerli sakinlər və investorlar üçün cəlbediciliyini artırır.
Layihənin məqsədləri
Layihənin əsas məqsədi yerli layihələndirmə və maliyyələşdirmə bacarıqlarının təkmilləşdirilməsi və "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" təşəbbüsündə iştiraka əsaslanan təlim şəbəkəsinin qurulmasıdır. O, eyni zamanda yerli qurumların layihə portfellərinin yaradılması və müxtəlif investisiyaların təmin edilməsi ilə sistemli yanaşma nümayiş etdirməsinə istiqamətlənib.