Faydalı resurslar
AZPROMO İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir. Agentlik Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edir, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırır və yerli şirkətlərlə əlaqələndirir. Əlavə olaraq AZPROMO Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərir və dəstək verir.
...
"ABAD" Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən idarə olunan publik hüquqi şəxsdir. Təşkilat vətəndaşların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakını təmin edən sosial yönümlü layihələr həyata keçirir. Bu, mikro, kiçik və orta sahibkarlığın inkişafına kömək edir, məşğulluq səviyyəsini artırır və rəqabətli ailə müəssisələrinin formalaşmasını dəstəkləyir. "ABAD" mərkəzləri ailə təsərrüfatlarına biznes planlaşdırma, avadanlıq, marketinq, təlim kursları, brendinq və dizayn, Maliyyə uçotu və hüquqi yardım xidmətləri göstərir.
...
Əsas məqsəd Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, hökumət və sahibkarlar arasında əməkdaşlığın inkişafına nail olmaq və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübələri təşviq etməklə qarşılıqlı etimada əsaslanan mühit yaratmaqdır.
...
KOBİA, mikro, kiçik və orta müəssisələrə, eləcə də məlumat, məsləhətləşmə, təlim, hüquqi yardım, digər dövlət qurumları ilə koordinasiya, bazarlara və maliyyə mənbələrinə çıxışın genişləndirilməsi və sahibkarların maraqlarının qorunması sahələrində öz işlərini qurmağa çalışanlara dəstək və xidmətlər göstərir. Öz bizneslərini qurmaq və mövcud sahibkarlıq profilini genişləndirmək istəyən sahibkarlar agentliyə və ya müxtəlif şəhər və bölgələrdə fəaliyyət göstərən Kiçik və Orta Biznesin dostu (KOB dostu) şəbəkəsinə müraciət edə bilərlər.
...
Aqrar Xidmətlər Agentliyi aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə yaradılmışdır. Heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsi AXA qarşısında duran əsas hədəflər sırasında yer almışdır. Agentlik həmçinin nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir.
...
Konfederasiyanın əsas məqsədi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması prosesinin inkişaf etdirilməsində fəal iştirak etmək, öz üzvlərinin mövcud potensialından istifadə edərək ölkədə sosial-iqtisadi problemlərin həllinə kömək etmək, yeni iş yerləri açmaq, əhalinin işgüzarlıq fəallığını gücləndirmək və sahibkarlıq fəaliyyətinə kömək etməkdir. Qurumun missiyası Azərbaycanda bütün sahibkarların (işəgötürənlərin) səsinə və onların ən yaxın tərəfdaşına çevrilmək, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkədə sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaqdır. Qurum həmçinin sahibkarlığa kömək dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir.
...