You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

"Hər hansı bir məhsulun bazarını bilmək başqa, ona olan tələbatın ödənilməsini müəyyən etmək isə tam başqa bir şeydir. Bütün bunları həyata keçirmək isə tamamilə başqa bir şeydir. Sizdə bunların ilk ikisi varsa, məsələnin həllini Access Banka həvalə edin deyən Sərxan Sərdar oğlu Dadaşovun pərakəndə geyim biznesi Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) və EU4Business-in dəstəyindən yararlandı.

Təxminən səkkiz il bundan əvvəl Sərxan Bakıdan iki saatlıq aralıda yerləşən Azərbaycanın Quba şəhərində insanların tələbatını öyrənir və bunun məşhur, eyni zamanda münasib geyim olduğunu anlayır. O, qardaşı ilə topladıqları maliyyə vəsaitini bir yerə qoyaraq, bir neçə inventar alır və yaxşı qiymətə kirayə götürdükləri iki mağazada satış həyata keçirməyə başlayır. "Nəyi satmaq lazım olduğundan anlayışımız olduğuna və təchizatçılarla yaxşı alış-veriş etdiyimizə görə, biznesə çox yaxşı başladıq" - deyə Sərxan bildirir.

Xərclərin azaldılması

Tezliklə o, anlayır ki, əla qiymətə satılan yaxşı geyimlərin sadə konsepsiyasının potensialını maksimum dərəcədə artırmaq üçün bir böyük dükan iki kiçik dükandan daha yaxşıdır. Daha geniş çeşid təklif etməklə yanaşı, "Sərdar Qardaşları" xərcləri faktiki olaraq ikiqat azalda bilərdi. Bu yolla qənaət olunan vəsait sonradan müştərilərə yönəldilərək geyimlərin hazırkından daha münasib olmasına imkan verə bilərdi.

2014-cü ildə Sərxan və qardaşı maliyyəyə nəzər yetirmək qərarına gəlir. Onlar bizneslərini anlamaqla yanaşı, müştəri bazalarını yaratmağa və daha böyük uğurlar üçün biznesi davamlı cığıra salmağa dair dəyərli məsləhətlər verən Access Bank kimi tərəfdaş tapır. Bank həmçinin dükanın daha böyük binaya köçməsini asanlaşdırır. İlk səkkiz ildə əldə olunan bütün təcrübə tezliklə öz bəhrəsini verdi. Artıq yeni və daha böyük dükan təkcə pərakəndə müştərilərə xidmət göstərmir. İndi Sərxanın topdan satıcı qismində digər müəssisələrə xidmət göstərmək üçün anbarı var.

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu

EU4Business təşəbbüsünün bir hissəsi olaraq, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun məqsədi əsasən mikro və kiçik müəssisələrin (MKM-lər) və fərdi ev təsərrüfatlarının Azərbaycandakı Access Bank kimi ixtisaslı yerli maliyyə qurumları vasitəsilə davamlı əlavə inkişaf maliyyələşdirməsinin təmin edilməsi yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır. 

Bir kreditin ortalama həcmi 4 min avrodan bir az artıq olmaqla, EU4Business təşəbbüsü çərçivəsində Sərxanın Azərbaycanda biznesi kimi kiçik bizneslər üçün CŞAF 50 mindən artıq sub-kreditlər ayırmışdır.

 

Daha çox öyrən

CŞAF - Sahibkarlıq təcrübədə

CŞAF-ın internet səhifəsi

Ən son Uğur hekayələri
az
14.11.2022
Azərbaycanın Balakən rayonundan olan biznes sahibləri EU4Business-in köməyi ilə premium məhsul hazırlamaq sirlərini kəşf edirlər. Biznesdə məhsul yetişdirmək və ya istehsal etmək işin yarısıdır.
az
30.09.2022
Aİ-nin dəstəyi ilə həyata keçirilən layihə Quba-Xaçmaz kənd təsərrüfatı iqtisadi rayonunda Azərbaycandan olan KOB-lara kök salmağa kömək edir. Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonu kənd təsərrüfatının güc mərkəzi olmaq potensialına malikdir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda kənd təsərrüfatı xüsusilə tərəvəz və meyvə istehsalına yönəlib.
az
09.09.2022
Təhsil hər kəs tərəfindən, hər yerdə tələb olunur. Azərbaycanın Tovuz şəhərindən olan sahibkar Vüsalə Əhmədovanın təcrübəsinə görə, hətta kənd yerlərində təhsil müəssisələri açmaq imkanları mövcüddur.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm