Azərbaycanın mis istehsalçısı Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə uğurla çalışır

Azərbaycan
Azərbaycanın mis istehsalçısı Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə uğurla çalışır

BMI MMC, Azərbaycanda mis istehsalı ilə məşğul olan şirkət, maliyyə hesabatlarını müvəffəqiyyətlə beynəlxalq standartlara uyğunlaşdırmış və bunların hamısı EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqından (Aİ) alınan maliyyə yardımı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi sayəsində həyata keçmişdir.

BMİ MMC Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir və mis və mis naqillərin istehsalında ixtisaslaşmışdır. Bu şirkət həmçinin ciddi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) tam uyğun qaydada çalışır.

2014-cü ildə mis zavodunun sənaye zonasına köçürülməsini nəzərdə tutan kapital xərclər proqramı, o cümlədən irihəcmli təkmilləşmə proqramını həyata keçirdikdən sonra, adı çəkilən şirkət AYİB-ə 10 milyon avro həcmində kredit almaq üçün müraciət edib.

Öz növbəsində, AYİB Kiçik Müəssisələr üçün Məsləhət proqramı vasitəsilə, sözügedən şirkəti, maliyyə audit xidmətləri göstərən yerli məsləhətçi şirkət, RSM Azərbaycan MMC ilə əlaqələndirib.

Məsləhətçi:

  • şirkətin idarəetmə hesablarında maliyyə yoxlaması həyata keçirmişdir;
  • şirkətin mühasibat sistemi və maliyyə menecementində potensial təkmilləşmələrlə bağlı tövsiyələrini vermişdir;
  • əsas vəsaitlər, inventar, alınacaq borclar, ödəniləcək borclar, digər aktivlər və öhdəliklər daxil olmaqla, kapital, satış, xərclər və balansdan kənar öhdəliklər kimi bütün maddi vahidlərin təhlili təmin edilmişdir;
  • BMHS-lara keçidlə bağlı lazımi proseslər, mühasibat uçotunda və hesabatların verilməsində yerli standartlarla Beynəlxalq Maliyyə Hesabatı Standartları arasındakı fərqlərin mümkün fəsadları haqqında şirkətə məsləhətlər verilmişdir.

Nəticədə, AYİB-dən əldə olunacaq ümumi məbləğin ilk hissəsi (6 milyon avro) şirkətə ödənilmiş və yerdə qalan 4 milyon avro 2016-cı ildə ödənilmişdir.

Bu maliyyə yardımının köməyilə, BMİ MMC Avropa təchizatçıları ilə danışıqlara başlamış və 2015-ci ilin sonunda nəhayət yeni soba almağa müvəffəq olmuşdur.

Bu yeni avadanlıq şirkətə məhsuldarlığı 50% və mis istehsalını ayda 500 tona qədər artırmağa kömək etmişdir (250 tondan). 2015-ci ildə BMİ MMC məhsul dövriyyəsində 30% sıçrayış əldə etdiyini xəbər vermişdir.

Şirkətin maliyyə direktoru Cənab Azər Qəmbərovun sözlərinə görə, "layihə çox uğurlu olmuşdur" və gələcək illərdə şirkətin məhsuldarlığını artırmağa kömək etməlidir.

Tarix

2014-2016

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm