You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Cəlbedici “Mr. Bee” adı ilə şirkət yaratmaq ideyası Cavid Kərimova 2015-ci ildə gəldi. O vaxtı Cavidin artıq bank işçisi kimi 15 illik təcrübəsi var idi, biznes inkişafı sahədə ixtisaslanırdı. Seçim təsadüfi deyildi: arvadının əmisi arıçı idi. Çətin bir başlanğıcdan və yolundakı bir çox maneələri aradan qaldırdıqdan sonra, Kərimov indi məhsullarını xaricə ixrac etməyi hədəfləyən uğurlu bir şirkət yaratmağı bacardı. Bütün bunlar “Şərq Tərəfdaşlığı: Ticarətə Hazır - EU4Business təşəbbüs layihəsi” və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) dəstəyi olmadan mümkün olmazdı.

Etibarlı satış kanallarının yaradılması

Şirkətin strategiyası kiçik yerli istehsalçılar tərəfindən hazırlanan balı markalamaq və bazarda satmaq idi. Ancaq təcrübə çatışmazlığı, bir neçə səhv addım atmasına gətirib çıxardı.

"Bizim nəhəng ambisiyalarımız var idi və imkanlarımızı düzgün hesablaya bilmədik", - “Mr. Bee” təsisçisi Cavid Kərimov deyir.

Şirkət üçün əsas vəzifə müvafiq satış kanalları yaratmaq idi. “Mr Bee”nin ilk müştəriləri, bütün alış-verişlərinin nəğd şəkildə edən fiziki şəxşlər idi. Amma artıq şirkət həm korporativ, həm də fərdi satış seqmentləri yaradıb, və rəqəmsal istiqamətə keçib. Uğurlu onlayn satışlar üçün şirkətə müasir bir veb sayt lazım idi və EU4Business təşəbbüsü və ITC dəstəyi ilə qısa müddətdə bir veb sayt yaradıldı. Dəstək bununla bitmədi: ixtisaslaşmış təlimlərdə iştirak “Mr Bee”ya onlayn biznes aparmaq üçün lazımi bütün məlumatları əldə etməyə kömək etdi.

“Veb saytımız müasirdir, ödəmə kartları ilə onlayn alış-veriş qəbul edir və kuryerlərimiz hər zaman özləri ilə POS-terminallar gətirirlər. Nəticələr əla idi, veb sayt vasitəsi ilə satışları 230% artırmağa bacardıq! Həttə biz bir addım irəllədik: üçüncü tərəf istehsalçılarına veb saytımız vasitəsilə satış etməsinə icazə verdik, və, beləliklə, saytı bir növ onlayn marketə çevirdik”, - şirkət təsisçisi deyir.

Düzgün idarəetmə - uğurun açarı

Kərimov qeyd edir ki, beş il ərzində o və komandası nəhəng bir sıçrayış etməyi bacardı. EU4Business təşəbbüsü çərçivəsində təşkil olunan xarici sərgilərdə və təlimlərdə iştirak şirkətin satışların təşkili, potensial müştərilər və bazarlar tapmaqda bir çox lazımi təcrübə qazanmasına kömək etdi. Müştəri 100%-dan çox artdı. Pandemiyadan əvvəl şirkət həftədə 100 ton mal sata bilirdi. “Bütün idarəetmə prosesi daha rasional oldu - inkişaf üçün hələ çox yer var”, - Kərimov qeyd etdi.

“Biz çoxsaylı dəyişikliyə məruz qaldıq, xeyli təcrübə qazandıq və təbii ki, çox şeya nail ola bildik. Ancaq inkişaf etdirə biləcəyimiz bir çox şey var”, - deyə, o əlavə etdi.

Məhsulu xaricə satmağı planları

Kərimovun sözlərinə görə, planlardan biri də malı xaricə ixrac etməkdir. Son vaxtlara qədər bu çox çətin idi, Azərbaycanda balın istehsal dəyəri yüksək olduğu üçün yerli məhsul xarici bazarlarda rəqabət aparmaq üçün çətinlik çəkdi. Ancaq vəziyyət dəyişir. Şirkət üçün ilk addım lazımi sertifikatları almaqdır.

“ITC və EU4Business dəstəyi ilə ISO sertifikatı almağa başladıq. Pandemiya işimizi dayandırdı, amma ümid edirik ki, mümkün qədər tez işimizə qayıdırıq. İş bitdikdən sonra məhsullarımızı xarici bazarlarda rəqabətliyin artırmağı məsələsində diqqətimizi yonəldərik”, Cavid Kərimov söylədi.

Ən son Uğur hekayələri
az
14.11.2022
Azərbaycanın Balakən rayonundan olan biznes sahibləri EU4Business-in köməyi ilə premium məhsul hazırlamaq sirlərini kəşf edirlər. Biznesdə məhsul yetişdirmək və ya istehsal etmək işin yarısıdır.
az
30.09.2022
Aİ-nin dəstəyi ilə həyata keçirilən layihə Quba-Xaçmaz kənd təsərrüfatı iqtisadi rayonunda Azərbaycandan olan KOB-lara kök salmağa kömək edir. Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonu kənd təsərrüfatının güc mərkəzi olmaq potensialına malikdir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda kənd təsərrüfatı xüsusilə tərəvəz və meyvə istehsalına yönəlib.
az
09.09.2022
Təhsil hər kəs tərəfindən, hər yerdə tələb olunur. Azərbaycanın Tovuz şəhərindən olan sahibkar Vüsalə Əhmədovanın təcrübəsinə görə, hətta kənd yerlərində təhsil müəssisələri açmaq imkanları mövcüddur.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm