Azərbaycanlı qadın-sahibkarlar pandemiyaya baxmayaraq müəssisələrini genişləndirirlər

Azərbaycan
Azərbaycanlı qadın-sahibkarlar pandemiyaya baxmayaraq müəssisələrini genişləndirirlər

Gündən günə Azərbaycanda daha çox qadın sahibkarlıqla maraq göstərir. Buna baxmayaraq, çox vaxt ideyalarını gerçəkləşdirmək və ya mövcud biznesi genişləndirmək üçün onlara lazımlı mənbələr, biliklər və ya maliyyə dəstəyi çatışmır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi" və ya ADSMIRRA adlı layihənin köməyi ilə xəyallarını reallaşdıra bilən qadınlar haqqında bəzi hekayələri təqdim edirik.

A-dan Z-yə: Dərzi gəliri necə sərf etməyini öyrənib öz işini genişnəndirir

Azərbaycanın ikinci böyük şəhəri Gəncədən olan dərzi Elza Rzayeva 14 ildir ki, sevdiyi iş ilə məşğuldur. Daimi hədəfi, sənətinin ustası kimi insanları daha cəlbedici edən geyimlər yaratmaqdır. Rzayeva hər bir işə yaradıcılıqla yanaşmaqla bərabər, tələbələrinə bu keyfiyyəti inkişaf etdirməyə də kömək edir. Onların əksəriyyəti iş təklifi aldı, bəziləri isə öz işlərini qurmağa müvəffəq oldular. 

Müxtəlif yaş qruplarında olan Gəncə sakinləri yeni paltarlar üçün Rzayevanın atelyesinə gəlirlər. Tikdiyi geyimlər uzun müddət istifadəçilərini sevindirmək məqsədi daşıyır. Dərzi müştərilərin yenidən ona müraciyət etməsinin səbəbini də yaxşı bilir.

Bədii zəriflik və zəhmət Rzayevanı məmləkətində təcrübəli peşəkar dərziyə çevirib. Eyni zamanda, arzusundakı tikiş maşınını ilə bərabər hər zaman işini genişləndirməyin və keyfiyyətli materiallar əldə etməyin yollarını axtarmışdır. Aİ tərəfindən maliyyələşdirilən ADSMIRRA layihəsi Rzayevaya tam olaraq bunu etməyə kömək etdi.

"Yerli peşə məktəbindən biz bu layihə barəsində məlumat aldıq" , deyə Rzayeva xatırlayır. "Mən və tələbələrim qoşulmağa qərar verdik. Bu müddət ərzində biz işin qurulmasını, gəlirin əldə olunmasını və düzgün sərf olunmasını öyrəndik".

ADSMIRRA seminarlarını bitirdikdən sonra Rzayeva və başqaları qrant dəstəyi ala bildilər. "Maliyyə dəstəyi ilə işimiz üçün lazımi avadanlıq və materialları aldıq", deyə dərzi qeyd edir.

Yeni kompüterləşdirilmiş tikiş maşını dərzinin işini asanlaşdıraraq bir çox mürəkkəb tikiş edə bilir. Pandemiya Elza Rzayevanın işinə mənfi təsir göstərməyib. Əksinə, onun müştəri bazası təxminən iki dəfə artmışdır. Beləliklə, dərzi indisən gələcək üçün yeni böyük planlar üzərində işləyir.

Tovuzdan olan müəllim tort istehsalı biznesi ilə müştəri bazasını genişləndirir

Şəfəq Əliyeva Azərbaycanın Tovuz rayonunda tort istehsalı ilə məşhuldur. Qısa müddətdə onun tortları Govlar şəhərində populyarlıq qazanıblar.  Əliyevanın əl işləri müxtəlif ailə tədbirlərində süfrələri bəzəyir. İxtisasca müəllim olan Şəfəq Əliyeva indi iki peşə sahibidir. Hər biri onun üçün vacibdir.

Tort biznesini inkişaf etdirmək üçün Əliyeva yeni imkanlar axtarmağa başladı. Aİ-nın maliyyələşdirdiyi ADSMIRRA layihəsi tərəfindən təşkil olunan seminarlar sayəsində o işin necə aparılmasını öyrəndi. Layihə həm də yeni avadanlıq almağa və işi genişləndirməyə imkan yaratdı. Əliyevanın sözlərinə görə, yeni avadanlıq ona daha çox müştəri cəlb etməyə kömək edir.

"İxtisasca müəllim ola bilərəm, amma özümü bu işdə tapdım" Əliyeva qeyd edir. "Mən bu işi çox sevirəm və  qrant almağa haqq qazandığım üçün həyəcanlandım. Bu layihə həyatımda mühüm rol oynadı. Birincisi, yeni insanlarla tanış olmağa imkan verdi. Daha sonra yeni bilik və bacarıq qazandıq. Və nəhayət, pul bizə yeni avadanlıqlar almağa və işimizi daha yaxşı qurmağa imkan verdi".

Yeni avadanlıq qadın fermerə Samux quşçuluq işini inkişaf etdirməyə kömək edir

İldən-ilə Azərbaycanın Samux rayonunda yeni sənaye müəssisələri açılır. Onlarla yanaşı yerli əkinçilik də inkişaf edir. Bu gün quşçuluq ölkənin bu bölgəsində regional inkişaf üçün prioritetlərdən biridir. Bu kiçik müəssisələr üçün də imkanlar yaradır.

Samux rayonunda ən uğurlu sahələrdən biri, Türkan Əsədovanın Sarkar kəndində quşçuluq təsərrüfatlarının genişləndirilməsi üçün qurduğu biznesdir.  Əsədova ADSMIRRA layihəsinin dəstəyi ilə öz işinə başladı və bu layihə ilə müxtəlif sahələrdə çalışan sahibkarlarla tanış oldu. Hazırda onun həyətində quraşdırılmış inkubasiya cihazı eyni vaxtda 16000-ə qədər yumurtanın qoyulmasını təmin edir. Əsədovanın sözlərinə görə, aparatlar içərisindən 21-22 gündən sonra yumurta çıxarılır.

"Bu layihəyə qoşulmaqla yanaşı, bir neçə seminarda da iştirak etdim, burada biznesin inkişafı və işdə necə uğur qazanmağı öyrəndik" deyə Əsədova izah edir. "Biz də işimizin başqalarına da fayda gətirməsi lazım olduğunu öyrəndik. Qrant sayəsində təxminən 16.000 yumurta və cücə istehsal etməyimizə imkan verən bu yeni inkubatoru ala bildik".  

Yekunda Əsədova deyir: "Bizə işimizi necə genişləndirəcəyimizi sadə dildə izah etdilər. Əlimizdən gələni etdik və nəhayət qrant qazandıq".  Nəticədə kəndlilər çox miqdarda məhsul əldə edə bilirlər. İndi Əsədovanın işi yaxşı gedir və gəliri gündən-günə artır.

Aİ tərəfindən maliyyələşdirilən ADSMIRRA layihəsi Azərbaycanda öz işini davam etdirir. Məqsəd maliyyə savadlılığı və biznes planlaması mövzusunda seminarlar təqdim edərək kənd yerlərində mikro və kiçik sahibkarların potensialını gücləndirməkdir. Layihə 37 start-upların fəaliyyətə başlamasını, 76 mikro müəssisənin genişləndirilməsini və Azərbaycanın kənd yerlərində 125 iş yerinin yaradılmasını dəstəkləmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm