Ən yaxşısını bazara çıxarmaq

Azərbaycan
Ən yaxşısını bazara çıxarmaq

Azərbaycanın Balakən rayonundan olan biznes sahibləri EU4Business-in köməyi ilə premium məhsul hazırlamaq sirlərini kəşf edirlər.

Biznesdə məhsul yetişdirmək və ya istehsal etmək işin yarısıdır.

İşin digər çətin tərəfi - məhsulu əldə etdikdən sonra onu satmaqdır  – ideal olaraq təkcə yerli bazarlarda deyil, həm də xarici bazarlarda. Bunun üçün sizə nou-hau lazımdır və Azərbaycanın kənd yerlərindən olan fermerlər – ölkənin Balakən rayonundan olan xurma istehsalçıları onu əldə etməyin sirrini kəşf ediblər: onlar Aİ tərəfindən maliyyələşdirilən "Azərbaycanın Şimal-Qərb Bölgəsində Dayanıqlı və İnklüziv Aqro-ərzaq Sistemlərinin İnkişaf Etdirilməsi" adlı layihəyə qoşulublar.

Ekoloji biznesin aparılması

Xurma Azərbaycanın şimal-qərbində yerləşən Balakən rayonunda 700 hektara yaxın ərazidə becərilir. Burada xurma istehsalı ən çox ixrac potensialına malik kənd təsərrüfatı sahəsidir. Balakəndə hər il bu məhsuldan bir neçə ton yığılır.

Bununla belə, məhsul itkisi problemdir. Xurma lazımi vaxtda yığılmasa və temperatur çox isti və ya çox soyuq olarsa, ağaclarda çürüməyə başlaya bilər. Onları da tez satmaq lazımdır, yoxsa tez xarab olacaqlar.

Bir çox fermerlərin tapdığı həll yolu onu qorumaq üçün məhsullarını qurutmaq idi - qida israfının qarşısını almaq üçün ekoloji cəhətdən təmiz bir üsul, eyni zamanda bu dadlı və sağlam məhsul yaradır.

Qurutma prosesində meyvələr soyuducuda saxlanılır ki, bu da onların saxlama müddətini artırır. Yenə də proses mürəkkəbdir, xüsusi avadanlıq tələb edir. Burada isə köməyə Avropa İttifaqı gəlir.

Balakən fermerləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın Şimal-Qərb Bölgəsində Dayanıqlı və İnklüziv Aqro-ərzaq Sistemlərinin İnkişaf Etdirilməsi adlı layihə vasitəsilə vəsait və digər zəruri dəstəyi əldə edə biliblər. Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ya FAO ilə birgə həyata keçirilir. Müvafiq dövlət və özəl xidmət təminatçıları da bu regionda ekoloji təmiz biznesləri dəstəkləmək üçün səfərbər edilib. Fermerlərin və istehsalçıların bir qismi bu təşəbbüsə qrup şəklində, kooperativlərə birləşərək qoşulub. Onların arasında istehsal qrupunun rəhbəri Sərxan Hacıyevdir.

Hacıyev deyir: "Layihənin bir hissəsi olaraq, ilk öncə Aİ və FAO tərəfindən bizin ehtiyyaclarımız müəyyənləşdirildi. Daha sonra təlimlərə cəlb olunduq. Həmin təlimlərdə biz biznes məlumatlığını əldə etdik. Biznesin planlaşdırılması, marketinq və büdcə hazırlığı və idarə edilməsi üzrə təlimlərdə iştirak etdik."

Avadanlıqların alınması

Sahibkarlardan əlavə ehtiyacları barədə də soruşuldu və tezliklə məlum oldu ki, avadanlıqlara da tələb var - bazara ən yaxşı məhsulu gətirmək üçün bu, sadəcə olaraq zəruri idi. Beləliklə, layihə fermerlərin ehtiyaclarına uyğun olaraq yeni texnikanın alınmasını maliyyələşdirməklə onlara kömək etdi. Avadanlıqların bir hissəsi artıq gətirilib və yerləşdirilib.

Bu arada, quru meyvə istehsalı kooperativi inkişaf etməkdə davam edir.

Hacıyev deyir: "Biz gənc iştirakçıları (kooperativə) cəlb edə bildik. Onlar fermerlər, xurma istehsalçılarıdır. Onlar öz bağlarında xurma yetişdirirlər və məqsədimiz onları bir araya gətirmək və beləliklə, bazara ən yaxşı məhsulu çıxarmaqdır".

Hacıyev qeyd edir ki, bütün avadanlıqlar alındıqdan və hər şey tam gücü ilə işlədikdən sonra kooperativ daha keyfiyyətli, rəqabətədavamlı məhsul istehsal edə biləcək. Bundan başqa, Aİ layihəsi ilə işləməyin başqa faydaları da var.

"Biz təkcə təlim və avadanlıq əldə etmədik, həm də ünsiyyət qurmaq imkanı əldə etdik. Digər fermerlər və istehsalçılarla görüşmək üçün platforma tapdıq. Dəstək tapana qədər satış işimizin ən çətin hissəsi idi".

Daha çox fayda

Hacıyev üçün layihənin daha bir müsbət cəhəti onun yarmarkalara dəvət alması idi. Kiçik istehsalçılar üçün bu, çoxlu əlaqə qurmaq və müştəri şəbəkələrini formalaşdırmaq üçün dəyərli fürsətdir. Bu həm də satıcılarla ünsiyyət və işgüzar əlaqələr qurmaq şansıdır.

İndi sürətlə böyüyən yerli bazarlarda uğur qazanan xurma istehsalçılarının vəzifəsi öz məhsullarını xarici bazarlara çıxarmaqdır. Bunun üçün onlar istehsal həcmini artırmalı və sertifikat almalıdırlar. Müxtəlif formalarda, o cümlədən çips şəklində olan xurma bazarda nisbətən yeni məhsuldur, ona görə də onun gigiyenik standartlara uyğun istehsal olunduğunu təsdiq edən sənədlər tələb olunur.

Bunun üçün FAO ilə birgə layihə həyata keçirən Aİ-dən daha yaxşı məsləhətçi yoxdur. İndi isə Azərbaycanın xurma istehsalçılarının qarşısında Aİ və dünya bazarına çıxmaq vəzifəsi dayanır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm