EU4Business qadın tərəfindən idarə edilən Azərbaycan şirkətinə müştəri bazasını 25% artırmağa yardım edir

Azərbaycan
EU4Business qadın tərəfindən idarə edilən Azərbaycan şirkətinə müştəri bazasını 25% artırmağa yardım edir

EU4Business Təşəbbüsü çərçivəsində Avropa İttifaqından maliyyə dəstəyi alan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın qadın tərəfindən idarə edilən aksesuar və evə qulluq vasitələrinin paylanması ilə məşğul olan şirkətinə səmərəli kadr yığımı və satış sisteminin tətbiq edilməsinə kömək edib. 

AYİB qadın tərəfindən idarə edilən və geniş çeşidli qadın aksesuarları və evə qulluq vasitələrinin paylanması ilə məşğul olan ESSE MMC-yə səmərəli kadr yığımı və satış sisteminin tətbiq edilməsində yardım edib. Nəticədə, şirkət tədavülünü 18% artıraraq, yeni məhsul xətti əlavə etmiş və iki regional ofis açmışdır.

2012-ci ildə təsis edilən ESSE şirkətinin satış sahəsi, anbar və arxa ofis daxil olmaqla, Bakının mərkəzində ofisi var.

Mövcud müştəriləri qoruyub saxlamaqla, yenilərini cəlb etmək və biznesi genişləndirmək baxımından şirkətin rəhbərliyi müştəri xidməti sisteminin gücləndirilməsi və satış, o cümlədən marketinq prosedurlarının səmərəliliyinin artırılmasına ehtiyac olduğunu düşünürdü. Şirkət həmçinin mühasiblərin peşəkar bacarıqlarını və ixtisaslarını artırmalı idi.

Biz ESSE MMC-ni Bakıda fəaliyyət göstərən, qadın tərəfindən idarə edilən və bazarın təhlili və inkişaf üzrə planlaşdırma xidmətləri göstərən HL Qrup MMC məsləhətçi şirkətlə əlaqələndirdik.

Məsləhətçi:

  • Satış şöbəsinin iş qüvvəsini nəzərdən keçirir
  • Baş mühasiblər üçün ölçülə bilən məqsədləri müəyyənləşdirir
  • Kadr yığımı və satış sistemini hazırlayır
  • Daxili proqram təminatına əsaslanan sənəd axını və hesabat sistemini qiymətləndirir və təkmilləşmələr təklif edir
  • Satış komandası və tərəfdaşlar üçün təlim sessiyaları həyata keçirir
  • Birbaşa paylama sisteminin gücləndirilməsi ilə bağlı tövsiyələr təqdim edir.

Nəticədə, şirkət illik satışlarının həcmini 18% və fərdi müştərilərin sayını 25% artırmağa müvəffəq olur. ESSE şirkəti, həmçinin Baltikyanı ölkələrdə istehsal edilən yeni məhsul xətləri və zərgərlik məmulatları əlavə edərək qiymət siyasətini optimizasiya etməklə, iki regional ofisini açmışdır.

ESSE MMC-nin rəhbəri Gülnarə Həsənova bildirib: "Bu layihə şirkətə iqtisadi tənəzzül dövründə rəqabət aparmaqda və güclü birbaşa paylama şəbəkəsini qurmaqda əhəmiyyətli dərəcədə yardım etdi. 2016-cı ildə ikinci məsləhətçi layihəyə başladıq və onun şirkətimizə daha da böyüməsi üçün yardım edəcəyini gözləyirik". 

Layihənin ümumi həcmi

11 min 700 avro

Müştərinin töhfəsi

6435 avro

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm