İş yerlərinin artması üçün münbit zəmin

Azərbaycan
İş yerlərinin artması üçün münbit zəmin

Aİ-nin dəstəyi ilə həyata keçirilən layihə Quba-Xaçmaz kənd təsərrüfatı iqtisadi rayonunda Azərbaycandan olan KOB-lara kök salmağa kömək edir

Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonu kənd təsərrüfatının güc mərkəzi olmaq potensialına malikdir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda kənd təsərrüfatı xüsusilə tərəvəz və meyvə istehsalına yönəlib. Bundan əlavə, Şabran, Siyəzən və Xaçmaz rayonlarında üzüm becərilir, kartof istehsalı əsasən Qusar ətrafında cəmlənir. İqtisadi rayonun hər yerində buğda əkilir, aran hissəsində isə südçülük inkişaf etdirilir. Dağlıq yerlərdə maldarlıq əsas fəaliyyət növünə çevrilib. Siyəzən və Şabranda isə əhali quşçuluqla məşğuldur.

Bu kənd təsərrüfatı regionunun inkişafını təşviq etmək üçün bilik və bacarıqların artırılması, innovasiyalara çıxışın genişləndirilməsi, müasir dövrün çağırışlarına cavab verən təlim və praktiki məsləhət xidmətlərinin göstərilməsi vacib olacaqdır. Avropa İttifaqı özünün EU4Business təşəbbüsü ilə məhz bunu edir – “Kənd Biznesinin İnformasiya Sisteminin İnkişafına Dəstək” və ya RBIS adlı layihə vasitəsilə Azərbaycanın KOB-larına kömək edir.

Təşəbbüs kənd təsərrüfatı fəaliyyətinin yaxşılaşdırılması, kənd biznes mühitinin gücləndirilməsi, iş yerlərinin açılması və Azərbaycanın Quba-Xaçmaz iqtisadi regionunda kənd KOB-larının perspektivləri üçün müvafiq olaraq inzibati orqanlara rəy bildirmək üçün yerlərdə mövcud vəziyyəti təhlil edərək kənd yerlərində artım yaratmaq məqsədilə həyata keçirilir.

RBIS təşəbbüsü bir sıra yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. RBIS Azərbaycanın kənd təsərrüfatı və kənd rayonları haqqında ictimaiyyətə açıq, cari, müvafiq bazar məlumatlarını toplamaq və təmin etmək üçün dövlət orqanlarının və digər kənd təsərrüfatı maraqlı tərəflərinin imkanlarını artırmaqla kənd yerlərinin inkişafına dəstək vermək məqsədi daşıyır.

İş yerlərini artırmaq, yeni bazarlara çıxmaq

AzHazelnut RBİS layihəsinin nailiyyətlərindən uzunmüddətli perspektivdə faydalanacaq yerli şirkətlərdən biridir və həmçinin Quba-Xaçmaz regionu üçün RBİS layihəsi çərçivəsində qeyri-neft tədqiqatlarının aparılması üçün dəyərli töhfələr verib.

Müəssisə Xaçmaz rayonunda yerləşir və fındıq emalı ilə məşğuldur. Müəssisə qabıqlı, çiy, ağardılmış, qovrulmuş və doğranmış fındıq, o cümlədən fındıq unu istehsal edərək rayon bazarlarına çıxarır. AzHazelnut daha sonra pərakəndə satış sahəsinə (100 q, 250 q və 500 q qablaşdırma fındıq istehsalı) imkan verəcək yeni avadanlıq almağı planlaşdırır.

Hazırda şirkətin demək olar ki, bütün məhsulları Rusiya, Özbəkistan və Almaniya kimi xarici bazarlara çıxır. Gələcəkdə daha çox xarici bazarlara çıxmağı planlaşdırır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm