You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Lalə Qurbanəliyeva yoldaşı ilə birlikdə Azərbaycanın dağlıq ərazisində yerləşən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayır. Cütlüyun artıq evli olan 30 və 32 yaşında iki oğlu var. Peşəsinə Lalə inşaat mühəndisidir. Ancaq bu sahədə yaxşı bir iş tapmaq çətin idi, buna görə o, yerli orta məktəbdə riyaziyyat müəllimi oldu.

Qurbanəliyevanın yoldaşı məşhur bir arıçıdır. Ailənin gəlirlərini artırmaq üçün Lalə yoldaşına arıçılıqda kömək etməyə başladı. Oğulları və onların həyat yoldaşları da ailə arıçılıq biznesinə müxtəlif yollarla töhfə verməyə başladılar. Oğlanlardan biri arı pətəkləri düzəltmək və təmir etməklə ixtisaslaşır, digəri bal satmağa kömək edir. Zamanla Qurbanəliyevlər arı ailələrinin hesabını 400-ə çatdırmağı bacardılar.

Lalə Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Birliyi (AMFA) tərəfindən həyata keçirilən “Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) Layihəsi barədə Turan Bankdan eşitdi və bu fürsəti yoldaşı ilə müzakirə etdi.

O, oğulları ilə birlikdə öz arıçılıq biznesini qurmaq üçün əla bir fürsət ola biləcəyini düşündü və müraciət etməyə qərar verdi. “AMFA tərəfindən AB dəstəyi ilə təşkil olunan maliyyə savadlılığı, biznes planlaması və kooperativ inkişafına dair seminarlarda iştirak etməyə dəvət olunduq” - Lalə Qurbanəliyeva deyir, - “Sonradan bizə Layihədən əlavə dəstək təklif olundu: qrantlara layiq görüldük. Bu, bütün ailəmiz üçün gözəl bir xəbər oldu və özümüzü çox şanslı hiss etdik!”

Maliyyəni aldıqdan sonra Qurbanəliyevlər ailə kooperativi qurdular. Arıçılıq bütün ailənin birlikdə işləməsini tələb edir: bu bir nəfərlik iş deyil. Qrantların çoxu bal çıxarma avadanlığının alınmasına xərclənildi. Həmçinin, hər oğul üçün 30 yeni arı koloniyası, qoruyucu paltarlar və digər zəruri əşyalar alınıb. Hal-hazırda ailə bütövlükdə təxminən 460 arı koloniyasına sahibdir. Bu, bal çıxarma avadanlığının təmin etdiyi səmərəlilik sayəsində, müştərilərin sifarişlərini təmin edə biləcək həcmində bal istehsal etmələrinə imkan verir. Qurbanəliyevlər bazar tələbatına vaxtında yüksək keyfiyyətlə cavab verə bilirlər.

Lalə, ailə kooperativinin bir hissəsi olaraq öz apiterapiya biznesini də fəal şəkildə genişləndirir. Bu həvəsin maraqlı bir tarixi var. Hələ yoldaşının köməkçisi olarkən, o xəstələndi, və bir neçə ay əziyyət çəkdikdən sonra propolis propolis qəbul edərək özünü müalicə edə biləcəyini kəşf etdi. "O vaxtdan bəri bal məhsullarının müalicəvi gücünə həvəs göstərdim", - deyən Qurbanəliyeva, apiterapiya ilə daha çox insana kömək etmək istədiyini qeyd etdi.

Qrant aldıqdan sonra Lalə Qurbanəliyeva yalnız arılara baxmağla kifayətlənməyərək, propolis, arı mumu, arı südü, arı tozu və digər arı məhsulları hazırlamağa başladı. Hal-hazırda o, bal və digər arı məhsullarından dəriyə qulluq üçün təbii kosmetika da hazırlayır. Lalə deyir ki, bir çox insan onu ürəkdən verdiyi məsləhət üçün çağırır. O, apiterapiyasının gələcəyi barədə ideyalarla doludur.

Mövcud pandemiya ailə kooperativinə də mənfi təsirini göstərdi: yollar bağlandığı üçün, arıları bal toplandığları sahələrə köçürməkdə çətinlik yaranır. Bal və bal məhsulları satmaq da çətindir, çünki əvvəllər bölgələrini ziyarət edən xarici turistlərin və yerli sakinlərin sayı kəskin azaldı.

Ancaq Qurbanəliyevlər ümüdlərini itirmirlər və müştəri ilə əlaqələrini bərpa etmək və loqistik məsələrini həll etmək üçün üçün yeni yollar tətbiq etməyi öyrəndilər. Sosial media hesabları quran ailə, bal məhsullarını onlayn tanıtmağa və satmaqa başladı. Layihə tərəfindən hazırlanıb istifadəyə verilən e-sergi.az platforması, bu istiqamətdə onlara kömək edəcək daha bir dəstək vasitəsidir.

Lalənin ailəsi, ailə kooperativini inkişaf etdirməyə, bazar paylarını və məhsul çeşidini genişləndirməyə qərarlıdır. "AB dəstəyinə görə çox minnətdarıq və həyatımızda yeni bir səhifə açdığına inanırıq", - Lalə deyir.

AMFA, Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) Layihəsini 2018-2021-ci illər ərzində Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi bölgələrində həyata keçirir. Layihənin məqsədi kənd yerlərində mikro və kiçik sahibkarların potensialını gücləndirmək üçün maliyyə savadlılığı, biznes planlaması, kooperativlərin idarə olunması, mentorluq, mikro müəssisələrin açılması və ya genişləndirilməsi üçün kapitalın ayrılması və s. mövzularda seminarlar keçirməkdir. Layihə ümumilikdə 37 yeni start-up şirkətinin fəaliyyətə başlamasını, 76 kənd təsərrüfatının genişləndirilməsini və Azərbaycanın kənd yerlərində 125 iş yerinin yaradılmasını dəstəklədi, 202 ailənin aylıq gəlirlərini artırmasına və 3 kooperativin yaradılmasına imkan verdi.

Ən son Uğur hekayələri
az
22.10.2021
Təhminə İsayeva COVİD-19 pandemiyasından bir neçə ay öncə Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda kiçik meyvə qurutma təsərrüfatı ilə məşğul olmağa başlayıb.
az
29.04.2021
Gündən günə Azərbaycanda daha çox qadın sahibkarlıqla maraq göstərir. Buna baxmayaraq, çox vaxt ideyalarını gerçəkləşdirmək və ya mövcud biznesi genişləndirmək üçün onlara lazımlı mənbələr, biliklər və ya maliyyə dəstəyi çatışmır.
az
29.04.2021
Fitnesdən quşçuluq və gözəlliyə qədər Azərbaycanın müxtəlif bölgələrindən olan qadınlar arzularının reallaşdırılması üçün öz peşələrini dəyişdirdilər. Biznesi quran qadınların hər biri ideyanı uzun illərdir ki düşünürdü.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm