Pizza Mizza'nın doğru marketinq strategiyası

Azərbaycan
Pizza Mizza'nın doğru marketinq strategiyası

Asan yadda qalan adı ilə Pizza Mizza artıq Azərbaycanın paytaxtı Bakıda pizza həvəskarları arasında ən sevilən məkanların birinə çevrildi. Bugün Pizza Mizza artan satış, işçi heyəti və İtalyan mətbəxini sevən müştərilərin genişlənməsi ilə fəxr edə bilər. EU4Business və AYİB-in dəstəyi ilə Azərbaycandakı bu restoran şəbəkəsi həm marka məlumatlılığını, həm də müştəri sadiqliyini artırdı.

Azərbaycanda sərt karantin tədbirləri tətbiq edildikdə, Pizza Mizza ən operativ şəbəkələrdən biri idi. Kontaktsız seçim və müxtəlif endirim kampaniyaları ilə 7/24 çatdırılma təklifi, Pizza Mizza-nın böyüməyə davam etməsinə imkan verdi. Bu həssas yanaşma və sürətli uyğunlaşma ilə kiçik bir müəssisənin böhran vəziyyətində də inkişaf edə biləcəyinin əyani sübutudur.

Ən yaxşı marketinq yanaşmasını tapmaq?

Pizza Mizza-nın direktor müavini Kamran Mirzəyev, pizzanın bu qədər insan tərəfindən sevilməsini izah edir: "Bu qədər fərqli qatqı ilə pizza, şübhəsiz ki, ən populyar qidalardan biridir. Öz dadı ilə seçilən pizza ailənin və ya dostlarınızın toplantısına əla bir əlavədir. TV qarşısında da axşam üçün mükəmməl bir seçimdir".

İlk Pizza Mizza restoranı 2014-cü ildə açıldı. O vaxtdan bəri hər il restoranların və işçilərin sayı artır. Zamanla, Pizza Mizza rəhbərliyi fikirə gəldi ki şirkəti böyütmək üçün əhatəli konsepsiyaya və ardıcıl çatdırılmaya ehtiyyac duyulur.

"Bu sektor bolluq ilə seçilir və biz müəyyən beynəlxalq markalarla rəqabət edirik" Mirzəyev qeyd edir. "Beləliklə biz fərqlilik ilə seçilən brend və yaddaqalan konsepsiya yaratmalıydıq."

Bu, Pizza Mizza-nı EU4Business təşəbbüsünün dəstəyi ilə AYİB-in iş məsləhət proqramından dəstək istəməsinə səbəb oldu. Təcrübəli məsləhətçilər şirkətə optimal marketinq strategiyasını müəyyənləşdirməyə kömək etdilər.  Üstünlükləri anlamaq və rəqabət mənzərəsini analiz etmək üçün sahiblər orijinal Pizza Mizza konsepsiyasını yenidən nəzərdən keçirdilər və müştərilərinə fərqli bir yanaşma tədbiq etdilər.

Mirzəyev xatırlayır: "Bizim üçün ən vacib məsələ müştərilərimizi müəyyənləşdirmək idi. Ziyarətçiləri profilləşdirməklə biz məlumat toplaya və beş ünvan üzrə bir təcrübə əldə etmək üçün vahid yanaşma tədbiq edə bildik. Fərqli korporativ rənglərə sahib logo restoranlarımızın diqqətini və şəhərdəki ən yaxşı pizzalarla birləşməyi təmin edəcəkdir."

Pandemiyaya baxmayaraq yüksəlmək

EU4Business və AYİB ilə həyata keçirdiyi layihə nəticəsində Pizza Mizza sifarişləri 30%, dövriyyəni 50%, şirkət heyətini isə 82% artırdı.

Pizza Mizza, pandemiya dövründə də uğurla işləyəməyə davam etdirdi və hətta yeni bir filialını işə saldı. Karantin müddəti ərzində Pizza Mizza işçiləri daha sürətli cavab verə bildilər, çünki yalnız yemək götürmə prinsipi əsasında çalışdılar. Müştəri məmnuniyyəti həmişə onlar üçün bir nömrəli vəzifə idi.

Pizza Mizza artıq yeni bir zəmin yaratmağa və rəqəmsallaşmağa hazırdır. Restoranlar şəbəkəsi pizza hazırlama prosesini canlı yayımlamağı planlaşdırır. Bir sözlə, brend prosesi istənilən rəqəmsal cihazdan izləyən müştərilərinə daha da yaxın olmaq üçün əlindən gələni edir. Mirzəyev bunun çox sayda insanın diqqətini Pizza Mizza markasına yönəltməyin ən yaxşı yolu olduğunu söyləyir.

Bu günə qədər Azərbaycandakı 300-dən çox KOB, EU4Business təşəbbüsünün dəstəyi ilə AYİB-in Kiçik Müəssisələr üçün Məsləhət proqramından faydalanmışdır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm