Ağalarovun ailəsi Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra Şəki-Zaqatala bölqəsinə köçdü. O zaman maddi vəziyyətləri o qədər də yaxşı deyildi. Sahib olduqları yeganə bacarıq xalçaçılıq idi.
‘Buraya ilk gələndə xalçalarımızdan və kitablarımızdan başqa heçnəyimiz yox idi” – Zəmina Ağalarova xatırlayır. ‘Çörək pulumuzu qazanmaq üçün mübarizə apardıq. Lazımi bacarıqlara sahib olsanız belə, öz biznes qurmaq bir yana, hətta iş tapmaq da çətindir”.
Ancaq ailə üzvləri vəziyyəti dəyişmək niyyətində idi. Və buna xalça düzəltməklə nail olmaq istəyirdi. Azərbaycanda xalçalar çox yüksək qiymətləndirilir və hər bölgə özünəməxsus xalçaçılıq, yun boyama və simvolik dizayn ənənələri və üsullarına malikdir. Ağalarov ailəsi tərəfindən hazırlanmış xalçalar ən orijinal və nadirlərdəndir.
Ağalarovların istedadı və qətiyyəti diqqətdən kənarda qalmadı. Digər 11 ailə ilə birlikdə onlar “Şəki-Zaqatala İqtisadi Bölgəsində Kiçik Ailə Biznesinin İnkişafına Dəstək” layihədə iştirak etmək üçün seçildi. Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “EU4Business” təşəbbüsü tərəfindən maliyyələşdirilən layihə ABAD ilə birlikdə həyata keçirilmişdir. Bununla Ağalarov ailəsi sahibkarlar üçün ixtisaslaşdırılmış təlimlərdə iştirak etmək imkanı qazandı.
“Təlim kursları on üç hissədən ibarət idi”, - Zəminə xanım deyir, “və iş planının qurmağı, brendin necə inkişaf etdiriləcəyi, həmçinin internet üzərindən satış qaydaları və qablaşdırma haqqında çox şey öyrəndik. Hər gün təzə bir şey öyrəndiyimizə baxmayaraq, bu bizə öz ailə işimizi qurmağa biləcəyimizə inam verdi”.
Təlim həm də sahibkarlara istehsalın səmərəliliyini artırmaq üçün yeni texnologiyalarla tanış olmağa kömək etdi. İndi Ağalarovlar ailəsi istehsalı daha sərfəli və daha çox alınan gözəl suvenir xalçaları hazırlayır. 'Yalnız ailəmiz üçün bir pul qazanmaqla kifayətlənmirik, xalçaçılıq sənətini cəmiyyət arasında yaşatırıq' Zəmina deyir. "Hal-hazırda, məsələn, məcburi köçkün ailələrindən üç qıza sənətimizi öyrədirik" .
Təlimi bitirdikdən sonar A ABAD-ın tamdəyərli üzvü olacaqlar. Bu o deməkdi ki, onlar məhsullarını ABAD-ın böyük paylama şəbəkəsində yerləşdirə və sata bilərlər.