You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Ağalarovun ailəsi Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra Şəki-Zaqatala bölqəsinə köçdü. O zaman maddi vəziyyətləri o qədər də yaxşı deyildi. Sahib olduqları yeganə bacarıq xalçaçılıq idi.

‘Buraya ilk gələndə xalçalarımızdan və kitablarımızdan başqa heçnəyimiz yox idi” – Zəmina Ağalarova xatırlayır. ‘Çörək pulumuzu qazanmaq üçün mübarizə apardıq. Lazımi bacarıqlara sahib olsanız belə, öz biznes qurmaq bir yana, hətta iş tapmaq da çətindir”.

Ancaq ailə üzvləri vəziyyəti dəyişmək niyyətində idi. Və buna xalça düzəltməklə nail olmaq istəyirdi. Azərbaycanda xalçalar çox yüksək qiymətləndirilir və hər bölgə özünəməxsus xalçaçılıq, yun boyama və simvolik dizayn ənənələri və üsullarına malikdir. Ağalarov ailəsi tərəfindən hazırlanmış xalçalar  ən orijinal və nadirlərdəndir.

Ağalarovların istedadı və qətiyyəti diqqətdən kənarda qalmadı. Digər 11 ailə ilə birlikdə onlar “Şəki-Zaqatala İqtisadi Bölgəsində Kiçik Ailə Biznesinin İnkişafına Dəstək” layihədə iştirak etmək üçün seçildi. Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “EU4Business” təşəbbüsü tərəfindən maliyyələşdirilən layihə ABAD ilə birlikdə həyata keçirilmişdir. Bununla Ağalarov ailəsi sahibkarlar üçün ixtisaslaşdırılmış təlimlərdə iştirak etmək imkanı qazandı.

“Təlim kursları on üç hissədən ibarət idi”, - Zəminə xanım deyir, “və iş planının qurmağı, brendin necə inkişaf etdiriləcəyi, həmçinin internet üzərindən satış qaydaları və qablaşdırma haqqında çox şey öyrəndik. Hər gün təzə bir şey öyrəndiyimizə baxmayaraq, bu bizə öz ailə işimizi qurmağa biləcəyimizə inam verdi”.

Təlim həm də sahibkarlara istehsalın səmərəliliyini artırmaq üçün yeni texnologiyalarla tanış olmağa kömək etdi. İndi Ağalarovlar ailəsi istehsalı daha sərfəli və daha çox alınan gözəl suvenir xalçaları hazırlayır. 'Yalnız ailəmiz üçün bir pul qazanmaqla kifayətlənmirik, xalçaçılıq sənətini cəmiyyət arasında yaşatırıq' Zəmina deyir. "Hal-hazırda, məsələn, məcburi köçkün ailələrindən üç qıza sənətimizi öyrədirik" .

Təlimi bitirdikdən sonar A ABAD-ın tamdəyərli üzvü olacaqlar. Bu o deməkdi ki, onlar məhsullarını ABAD-ın böyük paylama şəbəkəsində yerləşdirə və sata bilərlər.

Ən son Uğur hekayələri
az
14.11.2022
Azərbaycanın Balakən rayonundan olan biznes sahibləri EU4Business-in köməyi ilə premium məhsul hazırlamaq sirlərini kəşf edirlər. Biznesdə məhsul yetişdirmək və ya istehsal etmək işin yarısıdır.
az
30.09.2022
Aİ-nin dəstəyi ilə həyata keçirilən layihə Quba-Xaçmaz kənd təsərrüfatı iqtisadi rayonunda Azərbaycandan olan KOB-lara kök salmağa kömək edir. Azərbaycanın Quba-Xaçmaz iqtisadi rayonu kənd təsərrüfatının güc mərkəzi olmaq potensialına malikdir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda kənd təsərrüfatı xüsusilə tərəvəz və meyvə istehsalına yönəlib.
az
09.09.2022
Təhsil hər kəs tərəfindən, hər yerdə tələb olunur. Azərbaycanın Tovuz şəhərindən olan sahibkar Vüsalə Əhmədovanın təcrübəsinə görə, hətta kənd yerlərində təhsil müəssisələri açmaq imkanları mövcüddur.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm