Azərbaycan operativ texniki yardım mexanizmi (AZTAF)

Layihənin təsviri 

AZTAF proqramı Aİ-nin Azərbaycanla Tərəfdaşlıq Prioritetlərinin yönəldiyi dörd başlıca sahəyə uyğun olan müxtəlif tədbirlər təklif edir: institutların və yaxşı idarəçiliyin gücləndirilməsi; iqtisadi inkişafın və bazar imkanlarının artırılması; əlaqələr və ətraf mühitin mühafizəsi ilə bağlı səylərin genişləndirilməsi; insanlar arasında çeviklik və təmasların təşviq edilməsi. 

Layihənin məqsədləri 

Layihənin məqsədi hökumətin Dövlətə Məxsus Müəssisələrin korporativ idarəetməsini təkmilləşdirməsinə və dövlət idarəetməsində dürüstlük və şəffaflığın artırılmasına yardım etməkdən ibarətdir. Bundan başqa, layihə Azərbaycanda su təhlükəsizliyi, kənd yerlərində iqtisadi inkişaf məqsədilə innovasiyaların təşviq edilməsi, rəqəmsal əlaqələrin və inklüzivliyini artırılması, enerji effektivliyinin qaldırılması, gender əsaslı peşəkar seqreqasiya probleminin aradan qaldırılması, kənd yerlərində qadın sahibkarların imkanlarının artırılması, əlilliyin qiymətləndirilməsi sistemi və müvafiq siyasətlərin təkmilləşdirilməsi üçün yerli mexanizmin yaradılmasına istiqamətlənib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm