Aİ – AYİB-nin ölkədə İnvestisiya Mühiti ilə bağlı Baxışlar və Şərq Tərəfdaşlığı ölkələri üçün Fəaliyyət planları – II Faza

Layihənin təsviri 

Avropa Komissiyası tərəfindən hazırlanmış və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən həyata keçirilən regional layihə Şərq Tərəfdaşlığı ölkələrində dayanıqlı və ədalətli iqtisadi inkişaf modellərinə keçidi və onların inkişaf etdirilməsini stimullaşdırmağa istiqamətlənib. 

Layihənin məqsədləri 

Layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin bir sıra başlıca sahələrdə struktur islahatlar aparmasına yardım etməkdən ibarətdir: biznes və sərmayə qoyuluşu mühitinin yaxşılaşdırılması, maliyyə infrastrukturunun təkmilləşdirilməsi, insan kapitalının (əmək bazarı və sosial müdafiə kimi) gücləndirilməsi, iqtisadi idarəetmə və dövlət maliyyə vəsaitlərinin dayanıqlılığının təmin edilməsi, habelə qanunun hökmü və müvafiq idarəetmənin təşviq edilməsi.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm