You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı
14.06.2018
İyunun 6-da Bakıda "Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrası və monitorinqinə dəstək" layihəsi üzrə işçi qrupunun və KBA İctimai Fərdi Dialoq işçi qrupunun birgə görüşü keçirilib. Görüşdə Azərbaycanda yeni yaradılan Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyi və onun KOM-ların inkişafındakı rolu, eləcə də Avropa üçün Kiçik Bizneslərə Dəstək Aktının (KBA) Qiymətləndirilməsinin üçüncü dövrünün başlanması müzakirə edilib.
10.05.2018
Beynəlxalq Ticarət Mərkəzi (BTM) Avropa İttifaqı tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən və bu yaxınlarda icra olunmağa başlayan "Ticarətə Hazıram" layihəsi çərçivəsində Azərbaycanda məhsulların siyahıya alınmasına dair ilk təlimini keçirib.
23.03.2018
Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə baş tutan açılış mərasimində Aİ özünün Xarici İnvestisiya Planını təqdim edib. Adı çəkilən bu plan çərçivəsində Aİ 2017-2020-ci illər ərzində Gürcüstan və digər Şərqi Tərəfdaş ölkələri daxil olmaqla, dünyanın 70-dən çox ölkəsi üçün dövlət və özəl sektordan sərmayələr səfərbər edəcək.
01.03.2018
Şərq Tərəfdaşlığı regionunda sənaye və KOM sahəsi və digər sahələrdə çalışan tədqiqatçılar Aİ-nin tədqiqat və innovasiya üzrə Üfüq-2020 proqramına aid genişmiqyaslı praktiki seminar və oxşar fəaliyyətlərdə iştirak etmək məqsədilə Avropa İttifaqının qrant yardımını almaq üçün ərizə ilə müraciət edə bilərlər.
22.02.2018
2018-ci il fevralın 15-də İƏİT Azərbaycanın paytaxtı Bakıda Azərbaycanın KOM-lar üzrə yol xəritəsinin monitorinqinə dair seminar keçirib. Tədbir EU4Business təşəbbüsünün "Siyasətdən Fəaliyyətə" adlı layihəsi çərçivəsində baş tutub.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm